UEFA Konfrans Liqasında daha bir komandamız mərhələ adlayıb. "Ağ-qaralar" turnirin 2-ci təsnifat mərhələsində Bakıda "Jelezniçar"ı qəbul edib. Sarayevoda keçirilən ilk görüşdə 2:2 hesablı heç-heçə edən komandaların bugünkü matçında "Neftçi" 2 cavabsız qolla qalib gəlib və 3-cü mərhələyə yüksəlib.
"Neftçi" 3-cü mərhələdə “Beşiktaş” (Türkiyə) – “Tirana” (Albaniya) cütünün güclüsü ilə üz-üzə gələcək və ilk görüşünü səfərdə keçirəcək.
Mətləb