UEFA Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin oyunları keçirilir. Bu gün Azərbaycan təmsilçilərindən ilk olaraq "Sabah" meydana çıxıb.
Bakı təmsilçisi öz meydanında RFS-i qəbul edib. Masazırdakı "Bank Respublika Arena"da keçirilən görüş "Sabah"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Səfərdəki oyunda da rəqibinə qalib gələn (2:0) "Sabah" 3-cü təsnifat mərhələsinə yüksəlib.
Xatırladaq ki, "Sabah" 3-cü mərhələdə Serbiya "Partizan"ına rəqib olub. Bu mərhələnin oyunları 10-17 avqustda keçiriləcək.
Mətləb