
2022-ci il futbol üzrə dünya çempionatının final oyununda Argentina və hazırkı çempion Fransa yığmaları üz-üzə gəlib. Qətərdə Lusail stadionunda keçirilən qarşılaşmada Argentina penaltilər seriyası nəticəsində çempion olub.
Qarşılaşmanın əsas vaxtında 2-2 və əlavə vaxtda 3-3 olan final matçında Argentina penaltilər seriyasında 4-2 hesabı ilə çempion olub.
Argentina üçüncü dəfə Dünya Kubokunda çempionluq kubokunu götürüb. “Tanqoçular” milli komandalar səviyyəsində futbolun bir nömrəli yarışında 1978 və 1986-cı illərdən sonra üçüncü dəfə kuboku muzeyə aparmağı bacarıb.
Turnirdə son çempionluğunu 1986-cı ildə Dieqo Armando Maradonanın da olduğu heyətlə qazanan Argentina 36 ildən sonra kuboku yenidən muzeyinə aparmağı bacarıb.
Argentina 6 dəfə finalda oynadığı Dünya Kubokunda 3-cü dəfə (1978, 1986, 2022) liderliyə yüksəldi. “Tanqoçular” 1930, 1990 və 2014-cü illərdə ikinci olublar.
Tahir TAĞIYEV