Bakıda Polad Həşimovun xatirəsinə həsr olunan beynəlxalq turnir keçiriləcək

img

Bakıda şəhid general-mayor Polad Həşimovun xatirəsinə həsr olunan beynəlxalq turnir keçiriləcək.

Azərbaycan Ciu-Citsu Federasiyasından verilən məlumata görə, beynəlxalq turnir Rövşən Veysəlov adına İdman Klubunun təşkilati dəstəyi ilə keçiriləcək.

Ciu-Citsu beynəlxaq turniri iyulun 31-də Bakı İdman Sarayında baş tutacaq. Turnirdə Azərbaycan, Türkiyə, İran, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan və Orta Asiya ölkələrindən tanınmış idmançılar yarışacaq.

Baki-xeber.com

Peşə etikası

Son xəbərlər