07/02/2023 02:53
728 x 90

Fərid Qayıbov qalib idmançıları qəbul edib - FOTO

img

İyulun 25-də gənclər və idman naziri Fərid Qayıbov üzgüçülük üzrə gənclər arasında Avropa çempionatının bürünc medalçısı Ramil Vəlizadəni və Ümumdünya Oyunlarının kikboksinq yarışlarının qalibi Bəhram Rəcəbzadəni qəbul edib. 

Nazir hər iki idmançını uğurlu çıxışları münasibətilə təbrik edib. Fərid Qayıbov qeyd edib ki, Azərbaycanın üzgüçülük idmanı tarxində ilk dəfə qitə çempionatı medalının qazanılması böyük nailiyyətdir. Bəhram Rəcəbzadəni Ümundünya Oyunlarında qızıl medal qazanmasının da böyük uğur olduğunu bildirən nazir hər iki idmançını təbrik edib və qarşıdakı yarışlarda uğurlar arzulayıb.

Səmimi qəbula görə minnətdarlıq edən idmançılar qazandıqları uğur və yarışlara hazırlıq prosesi barədə məlumat veriblər. Üzgüçülük üzrə milli komandanın baş məşqçisi Rəşad Əbdürrəhmanov qarşıdakı yarışlar və əsas hədəflər barədə məlumat verib.

İradə SARIYEVA 

Peşə etikası

Son xəbərlər