Cümə axşamı günü, 18 iyun 2026
     

Erməni himninə etiraz edən idmançımız Romada halal qələbəsindən məhrum edildi...

Image


Çoxlarının əzbərlədiyi bir söz var: “İdmanın siyasətə heç bir dəxli yoxdur”. Çox təəssüflər olsun ki, bu aksioma deyil və dəfələrlə idmanın siyasətə aidiyyəti olduğunun, qatıldığının şahidi olmuşuq. Ən azı 30 il boyu idman yarışlarının da, musiqi, kino, teatr, mədəniyyət festivallarının da siyasi alətə, siyasi təzyiq vasitəsinə çevrildiyi görmüşük, yaşamışıq.

Bu sahədə ən çox ziyan çəkən biz olmuşuq. Ermənilərin böyük bacıları, xalaları, bibiləri hər zaman pərdə arxasından onlara qahmar durub. Bunu o qədər görmüşük ki... Azərbaycanlı güləşçi Sabir Cəfərova qarşı edilənlərin içində də erməni təəssübkeşliyinin olduğu gözdən qaçmır. Gəlin, əvvəlcə hadisəni təqdim edək. Yayılan məlumatlara görə, Romada keçirilən U-20 Avropa çempionatında yarışan Azərbaycan idmançısı Sabir Cəfərovun davranışı qalmaqala səbəb olub. Yarışda uğurlu çıxış edən idmançı finala qədər irəliləyib. O, həlledici görüşdə erməni güləşçisi Hayk Papikyana 3:2 hesabı ilə məğlub olub və gümüş medal əldə edib. Lakin mükafatlandırma zamanı Ermənistanın himni səsləndirilərkən Sabir Cəfərov kürsünü tərk edib. Məhz bu, böyük qalmaqala səbəb olub. Nəticədə təşkilatçılar Sabir Cəfərovu yarışdan kənarlaşdırıb və gümüş medalı əlindən alınıb.

S.Cəfərovun medalının əlindən alınması artıq bizim cəmiyyətdə müəyyən rəy yaradıb ki, bu, ikili standartdan irəli gəlir və Dünya Güləş Birliyi ermənipərəst mövqe sərgiləyir. Bu cür iddia edənlərin sayı az deyil.

Doğrudanmı, burada ikili standartlar özünü göstərib? Sabir Cəfərovun medalının əlindən alınması doğrudanmı ədalətsizlikdir?

  • Sərxan Musayev: “Qaydaları pozduğu üçün Azərbaycan millisinin güləşçisi Sabir Cəfərovun medalı əlindən alınıb”

Baş verənlərlə və iddialarla bağlı Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinin rəhbəri Sərxan Musa ilə əlaqə saxladıq. S.Musa “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, səsləndirilən iddialar doğru deyil, baş verənlər tamamilə qanuna uyğundur. O qeyd etdi ki, məyyən olunmuş qaydalar var və o qaydalara əməl olunmalıdır:  “U-20 Avropa çempionatını təşkil edən Dünya Güləş Birliyinin öz qaydaları var və bu qaydalara idmançımız riayət etməyib, emosional davranıb, himni dinləməyib. Qaydaları pozduğu üçün Azərbaycan millisinin güləşçisi Sabir Cəfərovun medalı əlindən alınıb. Burada ikili standartlardan söhbət getmir. İdmançı səhv addın atıb və sonra səhv addım atdığının fərqinə vardıqda isə gec olub”.

S.Musa bildirdi ki, məşqçilər Sabirin belə bir hərəkət edəcəyini bilməyiblər, çünki hadisə ani baş verib. Həmin vaxt məşqçilərin başqa bir güləşçini xalçaya hazırlaşdırdıqlarını deyən S.Musanın sözlərinə görə, onlar idmançının bu hərəkətini görməyib, o kürsüdən düşüb gedəndə isə onu qaytarmaq üçün gec olub.  “Dünya Güləş Birliyi belə siyasi oyunlardan uzaqdır. Burada hər hansı bir hakim qərəzi və başqa bir məsələ olsaydı nəsə demək olardı. Bundan əvvəl yeniyetmələrin Avropa çempionatı keçirilirdi. Səhv etmirəmsə, 9 görüş oldu və hamısında da bizim idmançılar qalib gəldi. Bizim himnimizi dəfələrlə dinlədilər. Obyektiv yanaşaq, onların idmançıları axıra qədər bizim himnimizi dinləyiblər. Yəni əgər burada aşkar qayda pozuntusu varsa, hansısa ikili standartlardan danışmağa dəyməz”- deyə Federasiyanın mətbuat xidmətinin rəhbəri bildirdi.

Federasiyadan deyilir ki, S.Cəfərov qaydaları pozub və bu səbəbdən də medalı əlindən alınıb.

Amma qeyd edildiyi kimi, ictimaiyyətin məsələyə münasibəti fərqlidir. Çoxları bildirir ki, indiyə qədər erməni idmançıları, futbol komandaları neçə-neçə beynəlxalq yarışda, tədbirdə, stadionlarda Azərbaycanın dövlət atributlarına çirkab atıb, bizim dəyərləri təhqir ediblər. Hətta separatçıların murdar əski parçasını belə gətirib Azərbaycanın keçirdiyi oyunlar zamanı stadiona asıblar. Lakin təəssüf ki, indiyə qədər heç bir erməni idmançısı cəzalandırılmayıb, beynəlxalq idman təşkilatları onların başına hər zaman sığal çəkib. İctimai rəydə S.Cəfərovun medalının əlindən alınmasına münasibət bu cürdür.

  • Əli Mahmud: “İdmanın siyasiləşdirilməsi doğru deyil və bu  çox mənfi nəticələr verir”

“Qarabağa aparan yol” qəzetinin baş redaktoru Əli Mahmud bizimlə söhbətində təəssüflə bildirdi ki, Azərbaycana qarşı hər zaman Qərbin ikili yanaşması var: “İdmanın siyasiləşdirilməsi doğru deyil və bu  çox mənfi nəticələr verir. Təəssüf ki, son 30 ildə biz idmandan da siyasi alət kimi istifadə edildiyinin şahidi oluruq. İdmançının medalının əlindən alınması məsələsi təəssüf doğurur. İndiyə qədər qanun pozuntusuna görə erməni idmançılarının cəzalandırıldığını görməmişik. İdmançı səhv edibsə cəzalanmalıdır, amma bu cəza təkcə azərbaycanlı idmançıya tətbiq edilməməlidir. İndiyə qədər Azərbaycana qarşı təxribatçı hərəkətlərə yol verən erməni idmançıları da cəzalandırılmalı idilər. Amma onlara beynəlxalq yarışlarda gözün üstə qaşın var deyən yoxdur”.

Ola bilsin, S.Cəfərov qanun pozuntusuna yol verib və buna görə də halal medalı əlindən alınıb. Sabir erməni himnini dinləməkdənsə kürsünü tərk edib. O, Ermənistanın himini dinləyib onun qarşısında baş əysəydi, əlbəttə, bu tənqid oluna bilərdi, ictimaiyyət də onu qınayardı. Lakin gördüyünüz kimi, o, milli təəssübkeşliyimizi medaldan üstün tutub kürsünü tərk edib.  Bunu qınamaq yox, alqışlamaq lazımdır!

Əli TURABOV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Baş həkimə illər öncə açılmış cinayət işi yenidən təzələndi...

Avropa Komissiyasından Trampın kürəkəninə ağır zərbə - "dayandırın"...

Ümumi daxili məhsulla bağlı maraqlı vəziyyət yarandı - həm müsbət, həm də mənfi tərəfləri var...

SON XƏBƏRLƏR

18.06.2026 / 19:37
Netanyahu Trampı saymadı – Livandan geri çəkilməyəcəyik...

18.06.2026 / 19:22
Bəzi ixracatçı sahibkarlar Azərbaycan dövlətindən əlavə pul alacaqlar...

18.06.2026 / 19:05
Zaxarova Kallasın açıqlamasını absurd adlandırdı

18.06.2026 / 18:41
Ermənistanın KTMT-də səsvermə hüququ ləğv edilə bilər...

18.06.2026 / 18:14
Rusiya Ermənistana nota verdi – “çaşqınlıq içindəyik”...

18.06.2026 / 17:57
Müəllimlərin geyim forması ilə bağlı yeni standartlar bəzən yanlış başa düşülür...

18.06.2026 / 17:53
Kərim Vəliyev MDB Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edib

18.06.2026 / 17:40
Azərbaycanın kamandan oxatma üzrə idmançısı IV Avropa Oyunlarında iştirak etmək üçün kvota qazanıb

18.06.2026 / 17:35
"Saxta profillər rəqəmsal mühitdə ən ciddi təhlükələrdən biridir" - DİN rəsmisi

18.06.2026 / 17:22
Rusiyanın İranla aviasiya ticarəti yenidən qızışdı... Hələlik 20 helikopter...

18.06.2026 / 17:16
Avropadan Ukraynaya hərbi təyyarələrin yeni axını başladı...

18.06.2026 / 16:59
20 il idarə etdiyi müəssisəni "Korrupsiya" yoxlayır, özünə yeni vəzifə verirlər - MÜƏMMA...

18.06.2026 / 16:52
Azərbaycan və Rusiyanın beynəlxalq təşkilatlarda əməkdaşlıq məsələləri Bakıda müzakirə edildi

18.06.2026 / 16:44
Tramp Yaxın Şərqi şiə-sünni müharibələrinə çəkir - "Böyük 7-lər" niyə susdu...

18.06.2026 / 16:27
Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçirilib

18.06.2026 / 16:19
Tramp İranı hər an yenidən bombalayacağını bəyan etdi...

18.06.2026 / 16:00
Məhkəmə qərarı ilə partiya başqanlığına gətirilmiş Kılıçdaroğlu qurultaydan niyə qorxur?..

18.06.2026 / 15:56
Prezidentin aqrar müşavirəsi liberal iqtisadiyyat yolunda yeni mərhələ açır...

18.06.2026 / 15:31
"Trampla İranın gizli razılaşdıqları başqa bir mətn var" - İddia...

18.06.2026 / 15:19
Abşeronda elektrik naqillərini oğurlayan dəstə ifşa edildi

18.06.2026 / 15:00
Ermənistanın Avropa planı Rusiyanın Türkiyə ilə dəmiryolu bağlantısını gündəmdən silir...

18.06.2026 / 14:40
Paşinyan Aİİ-nin Hökumətlərarası Şurasının iclasında iştirak edəcək

18.06.2026 / 14:37
İki qadının "eqo savaşı" Avropa İttifaqını yaman günə qoyacaq...

18.06.2026 / 14:23
Kılıçdaroğlu öz oğlunun da dəstəyini ala bilmir...

18.06.2026 / 14:13
Tramp İranla saziş imzalanma planını gözlənilmədən dəyişdi...

18.06.2026 / 14:03
İsveçrədə imzalanma mərasimi ləğv edildi, sazişi Tramp və Pezeşkian rəqəmsal şəkildə imzaladı – SƏNƏDİN TAM MƏTNİ...

18.06.2026 / 13:51
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” keçiriləcək

18.06.2026 / 13:44
"Ermənistan rəhbərliyi soydaşlarımızın öz doğma torpaqlarına qayıdışına şərait yaratmalıdır" - Əziz Ələkbərli

18.06.2026 / 13:36
Rusiya bazarlarından qaçan Ermənistanın Avropada da işi gətirməyə bilər...

18.06.2026 / 13:33
Paşinyan seçki sonrası "üçbaşlı mafiyanın" məhvində qərarlıdır - "bunu məndən xalq istəyir"...

18.06.2026 / 13:28
Valideyn himayəsindən məhrum qalmış uşaqlarla iş” layihəsinin ilk təlimi

18.06.2026 / 12:56
Prezident İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərindən ibarət nümayəndə heyətini qəbul edib - FOTO

18.06.2026 / 12:55
Bir memar tanıyıram...

18.06.2026 / 12:49
Aspendosda nadir tarixi olay - Roma “çay tanrısı” kəşf edilib

18.06.2026 / 12:27
TƏBİB-in İcraçı direktoruna yeni müşavir təyin edildi

18.06.2026 / 12:15
İsrail mediası Trampa qarşı üsyan etdi – bizə xəyanət etdi, Netanyahu geri çəkilməməlidir...

18.06.2026 / 11:57
Təqaüdçü bölgə həkimləri yenidən işə qaytarılır... Komitədən böyük təşəbbüs...

18.06.2026 / 11:35
Tramp dünyanı yenə heyrətləndirdi...

18.06.2026 / 11:20
Axtarışda olan 148 nəfər saxlandı

18.06.2026 / 11:01
Prezident İlham Əliyev Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçılarına müraciət ünvanlayıb

18.06.2026 / 10:49
Bakıda Neft Emalı Zavodunda yanğın...

18.06.2026 / 10:42
Bu il doğulan körpə sayı azalıb

18.06.2026 / 10:36
"Azərbaycanın daşımalar qovşağına çevrilməsi istiqamətində səylərimizi davam etdirəcəyik" - Prezident

18.06.2026 / 10:34
Prezident İlham Əliyev: "Biz Ermənistanın işğalçı qüvvələrinin xalqımıza qarşı etdiklərini heç vaxt yaddan çıxarmayacağıq"

18.06.2026 / 10:12
"İqtisadi inkişafımızla bağlı hər hansı çətinliklər gözləmirik" - Prezident

18.06.2026 / 10:03
Prezident İlham Əliyev: "İqtisadiyyatımızın şaxələndirilməsi artıq reallıqdır"

18.06.2026 / 09:51
"Biz infrastruktura çox böyük sərmayələr yatırırıq" - Prezident İlham Əliyev

18.06.2026 / 09:45
Prezident: "Azərbaycan bu gün qaz təchizatının coğrafiyası baxımından birinci yerdədir"

18.06.2026 / 09:41
"Azərbaycan qlobal enerji səhnəsində mühüm iştirakçıya çevrilib" - Prezident İlham Əliyev

18.06.2026 / 09:37
Prezident: "Azərbaycanda keçirilən beynəlxalq tədbirlər göstərir ki, bizim fəaliyyətimizin gündəliyi çoxşaxəlidir"

18.06.2026 / 09:32
"Qlobal səhnədə güclü əlaqələri ilə Azərbaycan artıq mühüm iştirakçıya çevrilib" - Prezident

18.06.2026 / 09:25
Prezident İlham Əliyev: "Siyasi, iqtisadi, sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır"

18.06.2026 / 09:20
"Azərbaycanın sabit, uğurlu inkişafı var" - Prezident

18.06.2026 / 09:04
Prezident İlham Əliyevin iştirakı ilə Bakıda İİB Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib - FOTO/YENİLƏNDİ

18.06.2026 / 05:58
Deputatın qatili Putinin dostu çıxdı

18.06.2026 / 05:25
İran-ABŞ Anlaşma Memorandumu Vaşinqtonun məğlubiyyət sənədidir - Qalibaf

17.06.2026 / 22:55
Dron zərbələri Putini qeyri-adi qərara məcbur etdi - 95 standartı ilə 92 benzin...

17.06.2026 / 22:39
Bakı və Abşeron bələdiyyələri reklam gəlirlərini gizlədir - iddia...

17.06.2026 / 22:11
Tramp İran məsələsində “günah keçisi”ni tapdı - Vens “gedəcək”…

17.06.2026 / 21:48
Tramp İran müharibəsindən sonra “yeni Ukrayna siyasətinə başlayır” - kimin yanında?...

17.06.2026 / 21:35
G7-də "Beyrut gərginliyi" - Tramp Netanyahuya Livanla bağlı xəbərdarlıq etdi

17.06.2026 / 20:38
Putin Zelenskinin Fransada G-7 zirvəsində görüş təklifindən imtina etdi...

17.06.2026 / 20:15
Qəbul imtahanının nəticəsi açıqlandı...

17.06.2026 / 20:14
Professor Asif Rüstəmlinin yeni kitabı çap olunub

17.06.2026 / 19:50
MSK icazə verdi - Köçəryana cinayət işi açılır...

17.06.2026 / 19:35
Britaniya Baş nazirinin iki əmlakı və avtomobili yandırıldı - arxasından Rusiya kəşfiyyatı çıxdı...

17.06.2026 / 19:09
Əlaqələndirmə Qərargahının iclasının iştirakçıları Xocalıda meyvə bağları ilə tanış olublar - FOTO

17.06.2026 / 19:02
Mingəçevir Dövlət Universitetində nəticəyönümlü akademik fəaliyyətin qiymətləndirilməsi üzrə rəqəmsal idarəetmə modeli istifadəyə verilib

17.06.2026 / 18:46
“Psixiatriya yardımı haqqında” qanunda dəyişiklik müzakirəyə çıxarıldı - FOTO

17.06.2026 / 18:29
"907-ci düzəliş Azərbaycan-ABŞ tərəfdaşlığının səviyyəsi ilə uzlaşmır" - XİN rəhbəri

17.06.2026 / 18:16
Lukaşenko artıq Avropanın onu diktator hesab etmədiyini deyir – o dövr çoxdan geridə qalıb...

17.06.2026 / 17:45
Bakıda xarici narkotacirlərlə işləyən şəxs yaxalandı - 51 kq marixuana, 2000 ədəd həb...

17.06.2026 / 17:31
Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi

17.06.2026 / 17:25
Deputat Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib

17.06.2026 / 17:18
Paşinyan bir müxalifət liderindən başqa digərlərini məhv etmək istəyir - Sarkisyan niyə "gözüqara" olub...

17.06.2026 / 17:03
"Azərbaycanın kritik mineral ehtiyatlarının 80 faizdən çoxu işğaldan azad edilmiş ərazilərdədir" - Nazir

17.06.2026 / 17:01
Əraqçi Lavrovu İran-ABŞ memorandumunun təfərrüatları barədə məlumatlandırdı

17.06.2026 / 16:46
“Köhnə çamadanlar” Adana tamaşaçısı ilə görüşdü

17.06.2026 / 16:45
Üç dövlət Ermənistana Rusiya müdaxiləsinin qarşısını almaq üçün addım atır...

17.06.2026 / 16:27
Banklar ipoteka-mənzil satışında ağlasığmaz süründürməçiliyə yol verir...

17.06.2026 / 16:14
Tramp Fransada yeni “planını açdı” - Suriyanı, Türkiyəni və Hizbullahı bir - birinə vurdurmaq...

Prezidentin aqrar müşavirəsi liberal iqtisadiyyat yolunda yeni mərhələ açır...

XƏBƏR ARXİVİ