“Qala”nın iki idmançısı taekvondo üzrə respublika üçüncüsü olub... - FOTO

Sumqayıt Olimpiya İdman Kompleksində gerçəkləşən taekvondo üzrə Yeniyetmələr və Böyüklər arasında Respublika çempionatı başa çatıb. Taekvondo idman növü üzrə Respublika birinciliyində əməkdar məşqçi Ramil Həsənovun rəhbərlik etdiyi “Qala” Taekvondo klubunun idmançıları da aktiv iştirak edib. Çempionatda “Qala”ının iki idmançısı fərqlənib. Belə ki, Yeniyetmələrin Respublika Çempionatında Səfərəliyeva Zeynəb 29 kq çəki dərəcəsində III, Böyüklərin Azərbaycan çempionatında isə İsmaylov Elmir 58 kq çəkidə III yeri tutub.
İdmançıların məşqçiləri əməkdar məşqçi Ramil Həsənov və idman ustası Fatma Əliyevadır.
Ülviyyə NAĞIYEVA