Ağdamda Universal döyüş idman növü üzrə respublika turniri keçirilib - FOTO/VİDEO

img

14-17 oktyabr 2021-ci il tarixlərdə Ağdam rayonunda Universal döyüş idman növü üzrə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş respublika turniri təşkil olunub. Turnirdə bütün yaş qrupları üzrə 400-ə yaxın idmançı iştirak edib.

Yarışda qalıb gələn idmançılar üzərində Heydər Əliyevin şəkli olan diplomlar, üzərində Ulu öndərin büstü olan medallar və Xarı bulbul yaxa nişanları ilə mukafatlandırılıb. Yarışın təntənəli açılış mərasimində iştirak edən Ağdam rayon İcra Hakimiyyətinin başçısı ürək sözlərini bildirdikdən sonra turnir federasiyanın prezidenti Azər Həsənov tərəfindən açıq elan edilib.

Son xəbərlər