Baş prokuror Zakir Qaralov fevralın 17-də saat 10:00-da Göyçay Şəhər Prokurorluğunun inzibati binasında Göyçay, Kürdəmir, Şamaxı, İsmayıllı, Ağsu və Qobustan rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək.
Bu barədə baki-xeber.com-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid müraciətlərinə baxılacaq.
Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Göyçay şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və contact@prosecutor.gov.az elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilər.