İsrailin Azərbaycandakı səfirliyi Belarusdan Bakıya ekstradisiya olunan Aleksandr Lapşinlə bağlı vəziyyəti diqqətlə izləyir. Bunu Trend-ə diplomatik nümayəndəlikdən deyiblər.
Bildirilib ki, səfirlik diplomatik və konsulluq kanalları vasitəsilə bütün əlaqədar tərəflərlə qarşılıqlı ünsiyyətdədir.
Qeyd edək ki, fevralın 10-da Baş Prokurorluqda istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs A.Lapşinin vətəndaşlığını daşıdığı İsrailin Azərbaycandakı səfirliyinin əməkdaşları ilə görüşü təmin edilib.
Bu barədə Trend-ə Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib.
E.Sultanov qeyd edib ki, görüş beynəlxalq hüquq normalarına uyğun olaraq İsrailin Azərbaycandakı səfirliyinin Azərbaycan Xarici İşlər Nazirliyinə müraciəti əsasında baş tutub.