Fevralın 10-da Baş Prokurorluqda istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs Aleksandr Lapşinin vətəndaşlığını daşıdığı İsrailin Azərbaycandakı səfirliyinin əməkdaşları ilə görüşü təmin edilib. Bu barədə Trend-ə Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib.
E.Sultanov qeyd edib ki, görüş beynəlxalq hüquq normalarına uyğun olaraq İsrailin Azərbaycandakı səfirliyinin Azərbaycan Xarici İşlər Nazirliyinə müraciəti əsasında baş tutub.
Qeyd edək ki, ötən gün A.Lapşinin Rusiyanın Azərbaycandakı səfirliyinin əməkdaşları ilə görüşü təmin edilib.