İstanbul polisi PKK ilə əlaqələri təsbit edilən şəxslərin axtarışı və zərərsizləşdirilməsi ilə əlaqədar 74 ünvan ətrafında əməliyyat keçirib.
Baki-xeber.com-un “yenişafak”a istinadən xəbərinə görə, 75 şübhəli haqqında yaxalama qərarı ilə başladılan əməliyyat nəticəsində 58 nəfər gözaltına alınıb. Ondarın yaşadığı ünvanlarda aparılan axtarış nəticəsində silah və uyuşdurucu maddələr ələ keçirilib.
Xəbərdə qeyd olunur ki, polis önümüzdəki günlərdə İstanbulda bombalı-silahlı hücum törədiləcəyi barədə məlumat alıb. Əməliyyat bu xəbərin doğru olduğunu təsdiqləyib. Belə ki, terrorçuların evlərində aparılan axtarışlar nəticəsində müxtəlif növ silahlar, “molotov kokteyli” hazırlamaq üçün ləvazimat, həmçinin uyuşdurucu maddələr və ədəbiyyat aşkar olunaraq götürülüb. Qalan şəxslərin axtarışı davam edir.