Aleksandr Lapşin Beynəlxalq Cinayət Polisi İdarəsi (İnterpol) tərəfindən Belarus ərazisində saxlanılıb və məlumdur ki, İnterpol hər zaman beynəlxalq səviyyədə tanınan qanun pozucularının axtarışı ilə məşğul olur. Bunu Trend-ə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.
Onun sözlərinə görə, Belarus bütün addımları beynəlxalq hüquq çərçivəsində atıb: "Belarus Lapşini öz ərazisində saxlayıb və Azərbaycana təhvil verib. Qanunları pozan şəxs kimi o, Azərbaycanda məhkəmə qarşısında cavab verəcək”.
Deputat qeyd edib ki, əgər kimsə A.Lapşinin saxlanmasını qanunsuz hesab edirsə, o zaman İnterpolun, bütün beynəlxalq təşkilatların fəaliyyəti və ümumilikdə qanunun aliliyi də qanunsuzdur.