Canəli Əkbərobun Beynəlxalq Muğam Festivalının münsifləri barəsində senzuradan kənar fikirlərinə qarşı internet mediada və sosial şəbəkələrdə böyük təpgilər başlayıb.
Onun vaxtilə hansısa müğənni ilə dodaq-dodağa öpüşdüyü, tələbələrinə dərs vaxtı özünü masaj etdirdiyi və sair barədə foto və videolar yenidən gündəmə gətirilir. Sosial şəbəkələrdə Canəli Əkbəroba qarşı ittihamlar xüsusi kəskinliyi ilə seçilir. Məlumdur ki, Beynəlxalq Muğam müsabiqəsinin münsifləri olan Mənsum İbrahimov, Səkinə İsmayılova və digərləri bir nəfər kimi münsiflər heyəti olaraq Canəli Əkbərobla işləmək istəmədiklərini, onu münsiflərin tərkibində görmək istəmədiklərini deyirlər. Fikirlərini belə əsaslandırırlar ki, Canəli Əkbərov qərəzlidir, kompromist adam deyil, qalmaqal salır, hay-küyçüdü və sair. Belə ciddi arqumentlərə söykənən münsiflər isə əksinə, Canəli Əkbərovdan çox senzurasız, etik qaydalara sığmayan cavab və ittihamlar eşidirlər. Nəticə göz qabağındadır. İnsanlar ciddi arqumentlərə daha mötəbər yanaşdıqları üçün Canəli Əkbərovun fikirlərinə heç bir haqq vermir və onu ən emosional formada topa-tüfəngə tuturlar. Bir də ki, adamlar sizi öz yanlarında, münsiflər heyətində görmək istəmirsə, təkid etmək yersiz görünür...
Baki-xeber.com