Prezident İlham Əliyev fevralın 8-də “Əl-Cəzirə” televiziyasının müxbiri Omar Kaşrama müsahibə verib.
Baki-xeber.com-un prezident.az saytına istinadən xəbərinə görə, müsahibədə dövlət başçısı Azərbaycanın müstəqilliyini bərpa etməsindən ötən 25 il ərzində qazandığı uğurlar, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ölkəmizin təşəbbüskarı və iştirakçısı olduğu qlobal enerji və nəqliyyat layihələri, Azərbaycanın İslam həmrəyliyi işinə verdiyi töhfə və digər məsələlərlə bağlı sualları cavablandırıb.