Bazar ertəsi günü, 26 oktyabr 2026
     

“Azərbaycan 2017-ci ildə İslam dünyasının diqqət mərkəzində olacaq”

Image


Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Səudiyyə Ərəbistanı Krallığına səfəri çərçivəsində Ər-Riyadda Səudiyyə Jurnalistləri Assosiasiyasının idarə heyətinin sədri, Körfəz Ölkələri Jurnalistlər Birliyinin sədri, “Əl-Cəzirə” qəzetinin baş redaktoru Xalid əl-Maliki ilə görüşüb.

Baki-xeber.com AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Azərbaycanla Səudiyyə Ərəbistanı arasında media sahəsində əməkdaşlığın, qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi məsələləri müzakirə edilib.

Daha sonra Əli Həsənov “Əl-Cəzirə” qəzetinin redaksiyasında onun üçün təşkil olunmuş mətbuat konfransında iştirak edib və jurnalistlərin suallarını cavablandırıb.

Azərbaycanın dünyada İslam həmrəyliyinin möhkəmləndirilməsində rolu ilə bağlı suala cavabında Prezidentin köməkçisi bildirib ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra İslam ölkələri ilə qarşılıqlı faydalı əlaqələrin qurulması və inkişaf etdirilməsi ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi siyasətin başlıca istiqamətlərindən biri olub. Azərbaycan İslam ölkələri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələri qurub, İslam Əməkdaşlıq Təşkilatının fəal üzvlərindən birinə çevrilib.

Bu gün Prezident İlham Əliyev Azərbaycanın İslam ölkələri ilə əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi, dünyada İslam həmrəyliyinin möhkəmləndirilməsi, islamofob dairələr tərəfindən İslam dininə qarşı təşkil edilən kampaniyanın qarşısının alınması, İslam dünyasına qarşı təhdidlərin aradan qaldırılması məsələlərinə böyük önəm verir. Təsadüfi deyil ki, Azərbaycan Prezidentinin Sərəncamı ilə 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunub və ölkəmiz bu çərçivədə həm yerli, həm də beynəlxalq səviyyədə bir çox təşəbbüslərlə çıxış edir. Bu çərçivədə İslam dəyərlərinin, mədəniyyətinin təbliği məqsədilə ölkə daxilində və onun hüdudlarından kənarda konfransların, forumların, simpoziumların və digər tədbirlərin təşkilinə xüsusi diqqət yetiriləcək. İslam ölkələrinin rəsmi şəxsləri, qeyri-hökumət, ictimaiyyət nümayəndələri arasında təmaslar intensivləşdiriləcək, qarşılıqlı səfərlər təşkil olunacaq. Azərbaycan dünyada islamofobiya meyllərinə qarşı mübarizənin gücləndirilməsi məqsədilə vahid mərkəzin yaradılmasını təklif edir və bu təşəbbüsün reallaşdırılması üçün digər ölkələrlə birlikdə müvafiq tədbirlər görəcək. Eyni zamanda, Azərbaycan problemlərlə üzləşmiş İslam ölkələrinə həm siyasi, həm də digər formalarda dəstəyin gücləndirilməsi üçün birgə məqsədyönlü addımlar atılmasını zəruri hesab edir. Onu da qeyd edim ki, Azərbaycan hər il beynəlxalq miqyasda keçirdiyi mədəniyyətlərarası dialoq, humanitar forumlar çərçivəsində İslam dünyasının üzləşdiyi problemləri müzakirəyə çıxarmaq, onları beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq və həlli yollarını tapmaq üçün səylərini artıracaq. Bütün bunlar və həyata keçirilməsi nəzərdə tutulan digər tədbirlər göstərir ki, Azərbaycan İslam həmrəyliyini dəstəkləyən siyasətini var gücü ilə və peşəkarcasına davam etdirəcək. Müsəlmanlar arasında birliyin və həmrəyliyin formalaşdırılması, eləcə də islamofobiya hallarına qarşı birgə mübarizə bu siyasətin əsasını təşkil edir. Azərbaycanın İslam həmrəyliyi mövzusunda təklif etdiyi platforma bu problemlərin həllinə kömək edə bilər.

Əli Həsənov deyib ki, bu il Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək. İslam ölkələrinin idmançıları, jurnalistlər, çoxsaylı qonaqlar Bakıya gələrək 10 gün ərzində bir arada olacaq, həm ölkəmizi yaxından tanıyacaq, həm də qarşılıqlı əlaqələr quracaqlar. Bu da İslam həmrəyliyinin gücləndirilməsinə ciddi dəstək, onun dünyada təşviqi üçün böyük fürsətdir. Hesab edirik ki, bu idman yarışması dünyada İslam həmrəyliyinin bir nümunəsi olacaq, İslam dünyasında əməkdaşlığı, mehriban münasibətləri stimullaşdıracaq.

Azərbaycan həm də müsəlman ölkələrinin media ictimaiyyəti arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətində məqsədyönlü addımlar atır və səmərəli təkliflərlə çıxış edir. 2016-cı ilin oktyabrında Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının niyyət konfransı keçirilib. Ümid edirik ki, bu təşəbbüs reallığa çevrilərək müsəlman ölkələrinin jurnalistləri arasında əlaqələrin möhkəmlənməsinə, onların İslam dünyasının ortaq maraqlarının müdafiəsi üçün səfərbər olunmasına böyük töhfə verəcək. İslam həmrəyliyinin möhkəmləndirilməsi məqsədilə irəli sürülən səmərəli təklif və təşəbbüslər, atılan praktiki addımlar sayəsində 2017-ci ildə Azərbaycan İslam dünyasının diqqət mərkəzində olacaq.

İslam ölkələrinin qarşılaşdığı problemlərin həlli ilə bağlı Azərbaycanın hansı səylər göstərdiyi barədə sualı cavablandıran Əli Həsənov deyib ki, Azərbaycan bu problemlərin həlli yollarının tapılmasına, dialoq yaradılmasına çalışır. O, bu problemlər sırasında Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal etməsini, Fələstin problemini, Yaxın Şərq dövlətlərinin daxili işlərinə xarici müdaxilə nəticəsində yaranmış münaqişələri və qaçqın böhranını, İslam xalqları arasında milli və ya dini əsasda təfriqə salınmasını qeyd edib.

Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivi, bu məsələdə ATƏT-in Minsk qrupunun və regionun böyük ölkələrinin səyləri barədə suala cavabında Əli Həsənov deyib: Ermənistan 25 ilə yaxındır ki, Azərbaycan ərazisinin 20 faizini işğal edib, bir milyondan artıq dinc sakini öz yurdundan didərgin salıb, həmin ərazidə bütün yaşayış məntəqələrini, sosial, iqtisadi və mədəni infrastrukturu, o cümlədən dini məbədləri, məscidləri dağıdıb. Bu dövr ərzində Ermənistan BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının qeyd-şərtsiz boşaldılmasını, qaçqın və məcburi köçkünlərin maneəsiz şəkildə öz torpaqlarına qaytarılmasını tələb edən 4 qətnaməsini, həmçinin ATƏT, Avropa Şurası, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər nüfuzlu beynəlxalq təşkilatların qərar və qətnamələrini qulaqardına vurub. İşğalçı ölkə, həmçinin ABŞ, Rusiya və Fransanın həmsədr olduqları ATƏT-in Minsk qrupunun səmərəli təkliflərini icra etməkdən boyun qaçırır, bütün səylərini mövcud status-kvonun, yənı, işğal faktının saxlanmasına yönəldib. Təəssüflə qeyd etməliyik ki, Azərbaycan bu məsələdə ciddi haqsızlıqla üzləşir. Çünki beynəlxalq təşkilatların dünyada digər oxşar münaqişələrin həlli ilə bağlı qəbul etdiyi qərarlar dərhal icra olunur, işğalçı ölkələrə qarşı sərt tədbirlər, sanksiyalar tətbiq edilir, hətta hərbi müdaxilə halları da mövcuddur. Azərbaycana gəldikdə isə, məsələnin bütün məsuliyyətini münaqişə tərəflərinin üzərinə atmağa çalışırlar. Buna görə də 25 ildir ki bu münaqişənin həll olunmamasının bir səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə bağlıdırsa, digər səbəb də beynəlxalq ictimaiyyətin, münaqişənin həlli ilə məşğul olan vasitəçilərin seyrçi mövqeyi, işğalçıya qarşı sərt tədbirlər tətbiq olunmamasıdır. Bununla yanaşı, qeyd etmək istərdim ki, biz erməni xalqını düşmən hesab etmirik. Bizim düşmənimiz yalnız Ermənistandakı rejimdir. Hər bir regionda olduğu kimi, Azərbaycanın yerləşdiyi bölgə dövlətlərinin də istər ortaq, istərsə də bir-birinə zidd maraqları var. Biz Ermənistan istisna olmaqla, bu dövlətlərlə ortaq maraqları tapmağa, əlaqələrimizi bu istiqamətdə inkişaf etdirməyə çalışırıq. Biz Rusiya, Türkiyə, İran və Gürcüstanla ortaq mənafelər əsasında, xalqımızın istəklərinə və mənafelərinə cavab verən əsasda əlaqələr qururuq.

Əli Həsənov Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında iqtisadi əlaqələrin gələcəyi, qarşılıqlı investisiya sahəsində əməkdaşlıq imkanları barədə sualı cavablandıraraq deyib: “Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanı Krallığına sonuncu səfəri və İki Müqəddəs Ocağın Xadimi, Kral Salman bin Əbdüləziz Al Səudla apardığı danışıqlar Səudiyyə Ərəbistanı şirkətləri və suveren fondlarının Azərbaycanda müxtəlif sahələrə - yerli, regional və ya transmilli layihələrə investisiya yatırmasına tam imkan yaradır. Azərbaycanın liderliyi ilə çox mühüm transmilli layihələr həyata keçirilir. Buna misal kimi Xəzər regionundan təbii qazı Avropa bazarına çıxaracaq “Cənub Qaz Dəhlizi” layihəsini, həmçinin Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri layihələrini göstərmək olar. Səudiyyə Ərəbistanının şirkətləri bu layihələrdə iştirak edə bilərlər. Ölkəmizin neft şirkəti olan SOCAR-ın Türkiyədə neft-kimya sahəsində layihələri var. Məlum olduğu kimi, Səudiyyə Ərəbistanının neft-kimya şirkətləri də bu sahəyə investisiya yatırmaq istəyirlər. Göründüyü kimi, qeyd edilən və digər istiqamətlərdə birgə işləmək olar.

Eyni zamanda, Azərbaycan gözəl iqlimi, əlverişli coğrafi şəraiti, müasir turizm infrastrukturu olan ölkədir. Bütün bunlar, həmçinin xalqımızın zəngin mədəni irsi, qonaqpərvərliyi ölkəmizi beynəlxalq turizm üçün cəlbedici məkana çevirib. Düşünürəm ki, Azərbaycanın turizm sektorunda Səudiyyə Ərəbistanı şirkətləri üçün çoxlu investisiya imkanları mövcuddur. Ötən il Azərbaycana Səudiyyə Ərəbistanından təqribən 10 min turist gəlib, bu il isə onların sayının 30 minə çatacağı gözlənilir. Səudiyyə Ərəbistanı vətəndaşları Azərbaycanda özlərini rahat hiss edəcəklər. Ölkəmizdə onlara olan münasibət, zəngin mətbəx, ibadət evlərinin mövcudluğu – bütün bu amillər Səudiyyə Ərəbistanından gələn turistləri razı salacaq. Ən əhəmiyyətlisi budur ki, Səudiyyə Ərəbistanı vətəndaşları Azərbaycanda xoş qarşılanacaqlar, Qərbdə mövcud olan bütün xidmətləri ölkəmizdə görəcək, dostların əhatəsində olacaq, səfərlərindən məmnun qalacaqlar”.

Sonda Azərbaycan Respublikası Prezidentinin köməkçisinə təşəkkürünü bildirən “Əl-Cəzirə” qəzetinin baş redaktoru deyib ki, mediadan göründüyü kimi, siz ölkədaxili məsələlərə dair olduqca fəal mövqe nümayiş etdirirsiniz və bu nümunə “Əl-Cəzirə”nin çoxsaylı əməkdaşlarına da fəallıq ruhu aşılayır.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, “Əl-Cəzirə” qəzeti İslam dünyasında böyük nüfuza malikdir, regionda və dünyada sülh, tərəfdaşlıq və inkişafa öz töhfəsini verir.

Tədbirdə Səudiyyə Ərəbistanının mədəniyyət və informasiya nazirinin müavini Abdullah əl-Əhməri və Azərbaycanın bu ölkədəki səfiri Rasim Rzayev iştirak ediblər.

Qeyd edək ki, mətbuat konfransı Səudiyyə Ərəbistanının aparıcı KİV-ləri, o cümlədən “Əl-Cəzirə”, “Əl-Riyad”, “Okaz”, “Əl-Həyat”, “Əl-Mədinə” qəzetləri, “Sauress” informasiya portalı tərəfindən geniş işıqlandırılıb.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur - qərar verildi…

26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTO

26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi - maraqlı səbəblərdən danışılır...

26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...

26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...

26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...

26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...

26.10.2026 / 20:21
Bakıdan Tehrana sərt cavab: İranda bircə Azərbaycan məktəbi də yoxdur

26.10.2026 / 20:07
Evlənənlərin yarıdan çoxu boşanır - Bu insanlara nə olub?

26.10.2026 / 19:50
Hindistan Ermənistana hərbi dəstəyini dayandırmaq ərəfəsindədir...

26.10.2026 / 19:34
Ermənistanın sərhəd xidmətinə ilk Amerika avtomobilləri və avadanlıqlar gəldi...

26.10.2026 / 19:16
Tramp Ərdoğandan istədiyi hər şeyi ala biləcəyinə əmindir - Niyə?...

26.10.2026 / 19:02
“Ab-Hava” restoranında qətllə bağlı daha iki nəfər həbs edildi...

26.10.2026 / 18:57
ABŞ diplomatlarını Yaxın Şərqdən çıxarır, İranla daha qanlı savaş gözlənilir

26.10.2026 / 18:46
İran müharibəni ABŞ ərazisinə köçürür

26.10.2026 / 18:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib - FOTO

26.10.2026 / 18:23
Gürcüstanın aparıcı müxalifət partiyaları ləğv edilir...

26.10.2026 / 18:19
Ermənistan yeni parlament seçkilərinə gedir, radikal müxalifətin məhvi prosesi başlanır

26.10.2026 / 18:05
Şagirdlərin illik təhsil xərcləri müəyyənləşdi - Əli Əsədov qərar imzaladı...

26.10.2026 / 17:50
Baş Prokurorluq "WhatsApp" hesabları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib

26.10.2026 / 17:38
Ukrayna müharibəsində çox kişilərin bacarmadığını Trampın xanımı etdi... İnanaq?

26.10.2026 / 17:24
Sülhün təşviqi və dezinformasiyaya qarşı mübarizə Bakıda müzakirə olundu

26.10.2026 / 17:10
Azərbaycana yapon turistlərin gəlişi daha da artacaq...

26.10.2026 / 16:53
AK Parti səhv etdi, Azərbaycanla barışıq jestlərini digər partiyalar edir...

26.10.2026 / 16:47
Prezidentin köməkçisi: "Afrika ölkələri ilə münasibətləri daha da inkişaf etdirmək niyyətindəyik"

26.10.2026 / 16:42
"Azərbaycan süni intellekt sahəsində beynəlxalq əməkdaşlığa açıqdır" - Prezidentin köməkçisi

26.10.2026 / 16:35
Hikmət Hacıyev: "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha geniş müzakirə üçün növbəti platforma rolunu oynayacaq"

26.10.2026 / 16:30
"Dezinformasiya, stereotiplər və qərəzlə mübarizə aparmaq vacibdir" - Hikmət Hacıyev

26.10.2026 / 16:17
Hikmət Hacıyev: "Dezinformasiya və təşviqat kampaniyalarının qarşısını almaq üçün öz strateji gündəmimizi formalaşdırmışıq"

26.10.2026 / 16:08
"Dezinformasiya cəmiyyətlərə təsir edən daha geniş hibrid strategiyanın bir hissəsinə çevrilir" - Hikmət Hacıyev

26.10.2026 / 15:55
Prezidentin köməkçisi: "Azərbaycan revanş almaq niyyətində deyil"

26.10.2026 / 15:38
"Sülh sazişinin bütün fundamental prinsipləri Azərbaycanda hazırlanıb" - Hikmət Hacıyev

26.10.2026 / 14:44
Azərbaycan QHT-lərindən Pezeşkiana AÇIQ MƏKTUB - İranda yaşayan milyonlarla azərbaycanlının öz ana dilində təhsil amasının vaxtı çatıb...

26.10.2026 / 14:25
Ceyhun Bayramov Ermənistana səsləndi - son nöqtəni qoymağa hazırıq...

26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı... 114 vəzifəli həbs olundu...

26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...

26.10.2026 / 13:55
"!Ermənistan cəmiyyəti dərk etməlidir ki, sülh hər iki xalqın maraqlarına xidmət edir" - Ceyhun Bayramov

26.10.2026 / 13:50
Niderlandın xarici işlər naziri Azərbaycana təşəkkür etdi

26.10.2026 / 13:48
Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib

26.10.2026 / 13:37
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib - FOTO

26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri

26.10.2026 / 13:23
Prezident İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi - FOTO

26.10.2026 / 13:15
Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları Şuşa və Füzuliyə gedəcək

26.10.2026 / 12:57
Azərbaycan və Özbəkistan arasında imzalanan iki saziş təsdiqləndi

26.10.2026 / 12:55
Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı

26.10.2026 / 12:55
İsrailin Baş Qərargah rəisi Netanyahunun İrana hücum planına qarşı çıxdı - əsaslandırılmış sənəd gətir…

26.10.2026 / 12:40
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - FOTO

26.10.2026 / 12:35
Rusiya Zaporojyenin ən böyük ticarət mərkəzini bombaladı…

26.10.2026 / 12:18
Ukrayna Voronejə bomba yağdırdı - təyyarə şirkəti, Moskvaya gedən qatar vuruldu, ölənlər var…

26.10.2026 / 12:10
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO

26.10.2026 / 12:04
Oğlu həbs edilən Arzuxan Əlizadə partiya sədrliyindən gedir?... AMİP iddialara cavab verdi

26.10.2026 / 11:54
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək? - AÇIQLANDI...

26.10.2026 / 11:36
Vuçiç məğlubiyyətə görə, ABŞ-ın "dərin dövləti"ni və Aİ-ni günahlandırdı, Moskvaya da mesaj göndərdi – onlar yalan danışırlar…

26.10.2026 / 11:25
Prezident İlham Əliyev Avstriya dövlət başçısını təbrik etdi

26.10.2026 / 11:22
Elm və Təhsil Nazirliyi İran nazirinin ağzından vurdu - öz ölkənizin problemləri ilə məşğul olun...

26.10.2026 / 10:50
Orbanı BMT-nin Baş katibi olan bilər...

26.10.2026 / 10:25
Mətbuat Şurası jurnalistlərin etik qaydalarına süni intellektlə bağlı əlavələr edib

26.10.2026 / 10:09
Tramp Nobel mükafatı qərarına görə Norveçi "tualet ölkəsi" adlandırdı...

26.10.2026 / 09:54
Husilər günlər sonra işini bərpa edən Ər-Riyad hava limanını yenə vurdu…

26.10.2026 / 09:37
Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edildi - VİDEO

26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi

26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə... Kimlərə nə qədər ödənilir?

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ