Bazar ertəsi günü, 26 oktyabr 2026
     

Bakı küçələri ermənilərin nəzarətinə keçir – Taksi ilə gələn “bomba” - ARAŞDIRMA

Image


"Yandex.Taksi" şirkətinin Azərbaycanda fəaliyyətə başlayacağına dair xəbərlər ölkə mətbuatında az qala işıq sürətilə yayıldı. “Yandex.Taksi” Azərbaycana gəlir” kimi başlıqlı xəbərlərdə bu şirkətin göstərəcəyi xidmətlərdən və hətta bu vaxta qədər Azərbaycanda görünməmiş sistemin tətbiq olunacağından bəhs olunurdu. Təəssüf ki, “Yandex.Taksi”nın Azərbaycanda fəaliyyətə başlmasına bir çoxları növbəti taksi şirkətinin yaranması kimi adi yanaşdı. Əslində isə məsələnin mahiyyəti daha dərindir…

Bakıda kimi təəccübləndirimək olar?

Gəlin əvvəlcə “Yendex.Taksi”nin “Azərbaycanda tətbdiq edəcəyi “yeni sistemə” nəzər salaq. Nədədir bu yenilik? Hansı yeni texnologiyadan istifadə olunacaq ki, azərbaycanlı sərnişinlərin “əli ağzında” qalacaq? Heç nə, adi bir naviqasiya sistemi. O sistem ki, indi Bakıda əksər taksi şirkətlərinin istifadəsindədir. Bəlkə online sifarişi nəzərdə tutular? Yox, bu da deyil, bu gün hər birimiz internetin imkanlarından istifadə edib, hər hansı operatorla telefon əlaqəsi yaratmadan taksi sifarişi verə bilirik. Yetər ki, olduğumuz və getdiyimiz yeri dəqiq göstərək.  Dərhal  telefonumuza məsafəyə görə hesablanmış ödəniş məbləği, avtomobilin markası və nömrəsi, eləcə də sürücünün mobil nömrəsi göstərilən bildiriş gəlir.  Bundan başqa, Azərbaycanda fəaliyyət göstərən taksi şirkətlərinin applikasiyalarını telefona yükləməklə sifarişi daha rahat və sürətli eləmək mümkündür ki, bu imkandan da sərnişinlər çoxdandır ki, istifadə edirlər. Elə isə sual olunur: “Yandex.Taksi”nin prinsipial özəlliyi nədədir ki, onu ölkə mətbuatında  “bəh-bəhlə” tərifləyənlər də tapılır?.. Əgər söhbət təkcə sifariş olunan taksinin qeyd olunan ünvana gəlişini mobil applikasiya vasitəsilə müşahidə etməkdən gedirsə, bununla da Bakıda kimisə təəccübləndirmək olmaz.

Siyahıdakı üç erməni və izitirmə əməliyyatı…

Bəlkə də yuxarıdakı qeydlərə o qədər də ehtiyac duyulmazdı. Əgər söhbət təsisçisi ermənilər olan şirkətdən getməsəydi. Bəli, məhz bu fakt bizi “Yandex.Taksi”nin Azərbaycanda “yeni dövrün yeni xidməti” kimi təqdim olunmasının əslində şişirtmə olması və TƏHLÜKƏLİ məqamlara söykənməsi gerçəkliyinə diqqət yönəltməyə sövq etdi.

“Yandex.Taksi”nin təsisçisi Tiqran  Xudaverdyan adlı ermənidir. Onun haqqında məlumatlarla tanış olarkən olduqca diqqətçəkən məqamlara rast gəldik. Deməli,”Yandex.Taksi”nin təsisçisi kimi hazırda Tiqran  Xudaverdyanın adı göstərilsə də, bir müddət əvvələ qədər bütün məlumat bazalarında onunla yanaşı daha iki erməninin adı qeyd olunurdu – Avanes Qulamsaryan və Levon Ambasaryan. “Yandex.Taksi” Azərbaycanda da nümayəndəlik açmaq niyyətinə düşən kimi isə təsisçilər sırasında dərhal dəyişiklik aparılır və həmin iki erməninin adı yerli-dibli silinir.    Bir qədər də dərinə gedib, Rusiyanın virtual məlumat bazalarındakı “Yandex.Taksi” izini axtarırıq. Araşdırmalar məlum edir ki, “Yandex.Taksi” adında bir neçə “OOO” (MMC) qeydiyyatdan keçib. Rusiya qanunvericiliyi hər hansısa adın patentləşdirilməsi faktı ortada olmadıqda eyni adda bir neçə şirkətin yaradılmasına imkan verir. Bu imkandan istifadə edən ermənilər Bakı “yürüşü”ndən əvvəl yeni bir “Yandex.Taksi” şirkəti qeydiyyatdan keçirir və təsisçi kimi artıq hüquqi şəxs olan birinci yaradılmış “Yandex.Taksi”ni göstərirlər.  Tiqran Xudaverdyan isə dərhal baş derektora çevrilir(https://sbis.ru/contragents/7704340310/770401001). Bu gün Rusiyanın Federal Vergi Xidmətinin (ФНС – Федеральная Налоговая Служба) rəsmi saytında da “Yandex.Taksi”nin təsisçiləri bölməsində məhz hüquqi şəxsin adı göstərilib: “Yandex.Taksi” OOO”. Halbuki, bir müddət əvvələ qədər təsisçilər siyahısında üç erməninin adı yazılırdı. Erməni hiyləsi burada da öz işini görüb - Bakıya “ayaq açmazdan” əvvəl ehtiyat tədbirlərinə əl atıblar...

“Limon taksi” səhifəsi...

Onu da qeyd etmək yerinə düşər ki, “Yandex.Taksi” ilə bağlı araşdırma apararkən bir maraqlı faktla da qarşılaşdıq. Belə ki, bəzi internet mənbələri vasitəsilə dəqiqləşdirdik ki, Azərbaycanda “Limon taksi” adında şirkət var. Lakin onunla bağlı rəsmi məlumat bazalarında hər hansı informasiya tapmaq mümkün deyil.  Bakı küçələrində də “Limon” taksiləri gözümüzə dəyməyib. “Limon Taksi” adına yalnız Facebook-da rast gəldik, o da Yandex adı ilə yanaşı – “Yandex Azerbaijan Limon taxi”.  Bu ad altında açılmış səhifədə hazırda hər hansı fəallıq müşahidə olunmur. Çox güman “Yandex.Taksi” Azərbaycanda məhz qeyd olunan ad altında fəaliyyət göstərmək istəyir.

İrəvandan idarə olunacaq sistem...

Yuxarıda TƏHLÜKƏLİ dediyimiz məqamlara gələk. Təsəvvür edin: Azərbaycanda avtomobillərin (taksilərin) hərəkəti ermənilər tərəfindən idarə olunacaq. Nəzər aldıqda ki, “Yandex.Taksi”nin əsas ofislərindən biri məhz İrəvanda yerləşir, onda mənzərə bir qədər də aydın şəkildə göz önünə gəlir:  İrəvanda oturan bir erməni qarşısındakı tabloda Azərbaycan paytaxtının küçələrində “Yandex.Taksi” avtomobillərinin hərəkətinə nəzarət edəcək, onlara istiqamət verib, hansı obyektən hansı obyektə getdiyini dəqiqliklə görəcək. Üstəlik həmin avtomobilin hansı obyektlərin yanından keçdiyini, hansı restorana, hansı əyləncə mərkəzinə və hansı məktəbə getdiyini ovcunun içində görürmüş kimi müşahidə edəcək. İndi gəl mobil rabitə ilə ötürülən siqnallar vasitəsilə partlayışlar törədildiyi bir zəmanədə ermənilərin Azərbaycanın nəqliyyat sisteminə daxil olmasına görə narahat olma... Biz hələ müştəri olmadan müxtlif əşyaların, çantaların daşınması kimi xidmətlərin kənardan idarə olunmasının törədə biləcəyi fəsadlardan danışmırıq... Sizcə narahat olmağa dəyməzmi?

Qatı erməni milliyətçisi və İrəvandakı layihələr

İndi keçək “Yandex.Taksi”nin yaradıcısı və sahibi Tiqran Xudaverdyanın özünə. Bu adamın Rusiya mətbuatına verdiyi müsahibələrdən aydın görünür ki, o, milliyətçi təfəkkürə sahibdir və hər yaranmış fürsətdə İrəvanda keçirdiyi günlərindən,  ümumən Ermənistan üçün gördüyü və görmək istədiyi işlərdən danşır.  Onun təkcə Facebook-dakı səhifəsinə nəzər salmaq kifayətdir ki, dediklərimizin nə dərəcədə həqiqət olduğu təsdiqini tapsın. Bu adam hər 3-4 statusundan birini məhz Ermənistana, İrəvana həsr edir. Üstəlik Ermənistanda həyata keçirdikləri layihələrdən, açdıqları məktəblərdən və gələcəkdə həyata keçirəcəkləri işlərdən bəhs edir (Təqdim etdiyimiz fotolardan bir neçəsi məhz onun FB-dəki statuslarını əks etdirir - Red). T.Xudaverdyan Facebook-dakı səhifəsində İrəvanda çəkdirdikləri fotolarla yanaşı, tez tez Ermənistanın “gəzməli-görməli” yerlərini də nümayiş etdirir və bu tip fotoları xüsusi albomlar şəklinə salır. Deyə bilərsiniz ki, burada nə var? Hər bir kəs öz şəhəri və ölkəsini sevir və bu sevgidən doğan paylaşımlarda da qeyri-adi heç nə yoxdur. Əlbəttə, tamamilə doğrudur. Bizi narahat edən Tiqranın sosial şəbəkələrdəki fəaliyyəti, ölkəsi üçün gördüyü və görəcəyi işlər barədə yazıdlqarı deyil. Biz ona görə narahatıq ki, bu adamın gələcək layihələrinin maliyyələşdirənlər sırasında azərbaycanlılar da olacaq. Bəli, təpədən dırnağa qədər erməni milliyətçisi olan Tiqran Xudaverdyan və onun ətrafındakı yanlardan ibarət dəstə Azərbaycana soxulur və biz məhz ermənilərin “Yandex.Taksi” adı altında təqdim edəcəyi xidmətdən istifadə etməklə gələcəkdə Ermənistanda tikilməsi nəzərdə tutulan müxtəlif yönlü obyektlərin maliyyələşməsində iştirak edəcəyik. Bundan başqa, o da hər birimizə məlumdur ki, ermənilərin birincisindən tutmuş sonuncusuna qədər hamısı işğal etdikləri Dağlıq Qarabağ bölgəsində yaşayan qohum-əqrabalarının ayaqda durmasına, separataçıların hərbi potensialının artırılmasına və sairə bu kimi istiqamətlərə vəsait ayırır, müxtəlif ianələr toplayaraq terrorçualara dəstək verməyə çalışırlar.  Odur ki, Ermənistanda müxtəlif sosial layihələr həyata keçirən Tiqran Xudaverdyanın separatçılara dəstək verənlərin sırasında olması da qətiyyən şübhə doğurmamalıdır. Təsəvvür edin, azərbaycanlılar “Yandex.Taksi”nin xidmətindən istifadə edib Tiqranın cibini dolduracaq, o isə bu pullarla bizim əsgərlərimizə tuşlanacaq silahlar, güllələr alacaq...  Odur ki, bizə maraqlıdır, “Yandex.Taksi”ni Azərbaycana gətirənlər və ya onun bu gəlişinə şərait yaradanlar üçün dövlət maraqları bu qədərmi az önəm kəsb edir? Axı bu şirkətin dövlətə də hər hansı bir xeyri dəyməyəcək. “Yandex.Taksi”yə öz avtomobilindən istifadə etməklə qoşula biləcək azərbaycanlı  sürücülər fiziki şəxs VÖEN-i ilə işləyib, qazandıqları faizlərdən vergi ödəyəcəklər. Şirkətin faizi isə köçürüləcək Tiqran Xudaverdyanın hesabına...

“Yandex.Taksi”nin xəritədəki təxribatı

Nəhayət gələk “Yandex.Taksi”nin erməni xislətindən doğan təxribatına. Birincisi ondan başlayaq ki, bu şirkət fəaliyyətdə olduğu ölkələrin xəritəsindəki adları həmin ölkənin ana dilində təqdim edəcəyini elan edib. Lakin nədənsə Azərbaycanın artıq tərtib olunmuş xəritəsində bu qaydaya əməl olunmayıb. Şəhər və rayonlarımızdan yalnız bir neçəsinin adı öz dilimizdə qeyd olunub. O da rus dillində yazılmış formanın altında. Əksər rayonlarımızın adı isə ancaq  rus dilində yazılıb. Amma Ermənistanın xəritəsində istisnasız olaraq bütün rayonların adı erməni dilində verilib. Bundan başqa, T.Xudaverdyanın komandası Bakıdakı bəzi memarlıq abidələrinin üzərinə xaç işarəsi qoyaraq həmin tikililəri erməni kilsəsi kimi təqdim edib. (Fotonu təqdim edirik - Red).  Ən əsas məqam isə işğal olunmuş rayonlarımızla bağlıdır. Belə ki, “Yandex.Taksi”nin yaradıcıları, məsələn Ağdamı “Akna”, Xocalını “İvanyan”, Şuşanı “Şuşi”, Füzulini “Varanda” kimi göstəriblər... İndi biz bütün bunlardan sonra “Yandex.Taksi”nin Azərbaycana gəlişinə şərait yaratmağa çalışırıq. Sizcə niyə? Biz bu suala hələ ki, cavab tapa bilmirik.  (Xəritə ilə buradan tanış ola bilərsiniz: https://taxi.yandex.ru/#index).

...Və nəhayət

Hər halda təəssüfləndirici haldır. Biz bəzən dövlət və milli maraqlarımızı, bilərəkdənmi, ya bilməyərəkdənmi, adi bir kommersiya marağına qurban veririk və nəticədə arzuladığımız hədəflər əlcaltmaz uzaqlıqda dayanır... Bəlkə heç olmasa bu dəfə qətiyyət göstərək?...

Araşdırmamız davam edir

Elcan Hüseyn

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur - qərar verildi…

26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTO

26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi - maraqlı səbəblərdən danışılır...

26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...

26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...

26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...

26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...

26.10.2026 / 20:21
Bakıdan Tehrana sərt cavab: İranda bircə Azərbaycan məktəbi də yoxdur

26.10.2026 / 20:07
Evlənənlərin yarıdan çoxu boşanır - Bu insanlara nə olub?

26.10.2026 / 19:50
Hindistan Ermənistana hərbi dəstəyini dayandırmaq ərəfəsindədir...

26.10.2026 / 19:34
Ermənistanın sərhəd xidmətinə ilk Amerika avtomobilləri və avadanlıqlar gəldi...

26.10.2026 / 19:16
Tramp Ərdoğandan istədiyi hər şeyi ala biləcəyinə əmindir - Niyə?...

26.10.2026 / 19:02
“Ab-Hava” restoranında qətllə bağlı daha iki nəfər həbs edildi...

26.10.2026 / 18:57
ABŞ diplomatlarını Yaxın Şərqdən çıxarır, İranla daha qanlı savaş gözlənilir

26.10.2026 / 18:46
İran müharibəni ABŞ ərazisinə köçürür

26.10.2026 / 18:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib - FOTO

26.10.2026 / 18:23
Gürcüstanın aparıcı müxalifət partiyaları ləğv edilir...

26.10.2026 / 18:19
Ermənistan yeni parlament seçkilərinə gedir, radikal müxalifətin məhvi prosesi başlanır

26.10.2026 / 18:05
Şagirdlərin illik təhsil xərcləri müəyyənləşdi - Əli Əsədov qərar imzaladı...

26.10.2026 / 17:50
Baş Prokurorluq "WhatsApp" hesabları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib

26.10.2026 / 17:38
Ukrayna müharibəsində çox kişilərin bacarmadığını Trampın xanımı etdi... İnanaq?

26.10.2026 / 17:24
Sülhün təşviqi və dezinformasiyaya qarşı mübarizə Bakıda müzakirə olundu

26.10.2026 / 17:10
Azərbaycana yapon turistlərin gəlişi daha da artacaq...

26.10.2026 / 16:53
AK Parti səhv etdi, Azərbaycanla barışıq jestlərini digər partiyalar edir...

26.10.2026 / 16:47
Prezidentin köməkçisi: "Afrika ölkələri ilə münasibətləri daha da inkişaf etdirmək niyyətindəyik"

26.10.2026 / 16:42
"Azərbaycan süni intellekt sahəsində beynəlxalq əməkdaşlığa açıqdır" - Prezidentin köməkçisi

26.10.2026 / 16:35
Hikmət Hacıyev: "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha geniş müzakirə üçün növbəti platforma rolunu oynayacaq"

26.10.2026 / 16:30
"Dezinformasiya, stereotiplər və qərəzlə mübarizə aparmaq vacibdir" - Hikmət Hacıyev

26.10.2026 / 16:17
Hikmət Hacıyev: "Dezinformasiya və təşviqat kampaniyalarının qarşısını almaq üçün öz strateji gündəmimizi formalaşdırmışıq"

26.10.2026 / 16:08
"Dezinformasiya cəmiyyətlərə təsir edən daha geniş hibrid strategiyanın bir hissəsinə çevrilir" - Hikmət Hacıyev

26.10.2026 / 15:55
Prezidentin köməkçisi: "Azərbaycan revanş almaq niyyətində deyil"

26.10.2026 / 15:38
"Sülh sazişinin bütün fundamental prinsipləri Azərbaycanda hazırlanıb" - Hikmət Hacıyev

26.10.2026 / 14:44
Azərbaycan QHT-lərindən Pezeşkiana AÇIQ MƏKTUB - İranda yaşayan milyonlarla azərbaycanlının öz ana dilində təhsil amasının vaxtı çatıb...

26.10.2026 / 14:25
Ceyhun Bayramov Ermənistana səsləndi - son nöqtəni qoymağa hazırıq...

26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı... 114 vəzifəli həbs olundu...

26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...

26.10.2026 / 13:55
"!Ermənistan cəmiyyəti dərk etməlidir ki, sülh hər iki xalqın maraqlarına xidmət edir" - Ceyhun Bayramov

26.10.2026 / 13:50
Niderlandın xarici işlər naziri Azərbaycana təşəkkür etdi

26.10.2026 / 13:48
Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib

26.10.2026 / 13:37
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib - FOTO

26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri

26.10.2026 / 13:23
Prezident İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi - FOTO

26.10.2026 / 13:15
Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları Şuşa və Füzuliyə gedəcək

26.10.2026 / 12:57
Azərbaycan və Özbəkistan arasında imzalanan iki saziş təsdiqləndi

26.10.2026 / 12:55
Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı

26.10.2026 / 12:55
İsrailin Baş Qərargah rəisi Netanyahunun İrana hücum planına qarşı çıxdı - əsaslandırılmış sənəd gətir…

26.10.2026 / 12:40
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - FOTO

26.10.2026 / 12:35
Rusiya Zaporojyenin ən böyük ticarət mərkəzini bombaladı…

26.10.2026 / 12:18
Ukrayna Voronejə bomba yağdırdı - təyyarə şirkəti, Moskvaya gedən qatar vuruldu, ölənlər var…

26.10.2026 / 12:10
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO

26.10.2026 / 12:04
Oğlu həbs edilən Arzuxan Əlizadə partiya sədrliyindən gedir?... AMİP iddialara cavab verdi

26.10.2026 / 11:54
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək? - AÇIQLANDI...

26.10.2026 / 11:36
Vuçiç məğlubiyyətə görə, ABŞ-ın "dərin dövləti"ni və Aİ-ni günahlandırdı, Moskvaya da mesaj göndərdi – onlar yalan danışırlar…

26.10.2026 / 11:25
Prezident İlham Əliyev Avstriya dövlət başçısını təbrik etdi

26.10.2026 / 11:22
Elm və Təhsil Nazirliyi İran nazirinin ağzından vurdu - öz ölkənizin problemləri ilə məşğul olun...

26.10.2026 / 10:50
Orbanı BMT-nin Baş katibi olan bilər...

26.10.2026 / 10:25
Mətbuat Şurası jurnalistlərin etik qaydalarına süni intellektlə bağlı əlavələr edib

26.10.2026 / 10:09
Tramp Nobel mükafatı qərarına görə Norveçi "tualet ölkəsi" adlandırdı...

26.10.2026 / 09:54
Husilər günlər sonra işini bərpa edən Ər-Riyad hava limanını yenə vurdu…

26.10.2026 / 09:37
Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edildi - VİDEO

26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi

26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə... Kimlərə nə qədər ödənilir?

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ