ABŞ-ın Moskvadakı səfirliyi viza verilişini dayandırıb.
Baki-xeber.com-un life.ru-ya istinadən xəbərinə görə, buna səbəb kimi səfirliyin yerləşdiyi binanın su verilişində fasilə yaranması göstərilir. Bildirilir ki, su yoxluğu üzündən, viza verilişindən əlavə, təcili çözüm tələb etməyən digər işlər də təxirə salınıb. Dipmissiyanın bununla bağlı açıqlamasında deyilir ki, hazırda yalnız ekstremal çözüm tələb edən sorğular cavablandırılacaq.
Xəbərdə o da qeyd olunur ki, viza üçün müraciət edənlərə səfirlikdəki yenilikləri sosial şəbəkələrdən izləmək tövsiyə olunub.