Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın inauqurasiyasının ardından iki prezident arasında görüşün baş tuta biləcəyini deyib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə TASS agentliyi xəbər verib. Peskov deyib ki, lakin bundan ötrü öncə Trampın rəsmi olaraq səlahiyyətlərinin icrasına başlaması gərəkdir. “Bundan sonra görüş planını gündəmə gətirmək olar”- o deyib.
Xatırladaq ki, ABŞ-ın seçilmiş prezidenti Donald Trampın inauqurasiya mərasimi yanvarın 20-də olacaq.
Onu da bildirək ki, ötən ilin noyabrında Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov Rusiyanın Suriya məsələsi üzrə artıq Trampın komandası ilə işləməyə başladığını bəyan etmişdi. Trampın Vladimir Putinlə ilk danışığı isə noyabrın 14-də baş tutub. Söhbətin gedişində Rusiya rəhbəri ABŞ-ın yeni administrasiyası ilə dialoq qurmağa hazır olduqlarını bildirib. Bundan əlavə, Putin və Tramp üzbəüz dörüş barədə də razılaşıblar.