çərşənbə günü, 28 oktyabr 2026
     

Azərbaycanın Korrupsiyaya qarşı mübarizə Komissiyası hesabat yaydı

Image


“Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin prioritet istiqamətidir və ölkəmizin antikorrupsiya təcrübəsi öz innovativ xarakteri ilə seçilir. 2016-cı ildə korrupsiyaya qarşı səmərəli mübarizə üçün beynəlxalq standartlara cavab verən institusional və qanunvericilik tədbirləri davam etdirilmiş və geniş miqyaslı islahatlar həyata keçirilib”.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, 2016-cı il Azərbaycan üçün geniş miqyaslı iqtisadi islahatlar ili olub. Gömrük və vergi sahələrində şəffaflığın artırılması və investisiya mühitinin yaxşılaşdırılması məqsədilə ölkə iqtisadiyyatını stimullaşdıran islahatlar həyata keçirilib. Gömrük rəsmiləşdirilməsinin daha şəffaf və çevik həyata keçirilməsi məqsədilə “Yaşıl dəhliz” sisteminin fəaliyyəti təmin edilib, gömrük rəsmiləşdirilməsi zamanı tələb olunan sənədlərin sayı azaldılıb və proseduralar sadələşdirilib. Vergi ödəyiciləri ilə vergi orqanları arasında şəffaflığın və qarşılıqlı etimadın daha da artırılması, vergi nəzarətinin keyfiyyətinin təkmilləşdirilməsi və sahibkarlara əlverişli şəraitin yaradılması istiqamətlərində bir sıra tədbirlər görülüb.

Müasir iqtisadi çağırışlara uyğun olaraq, iqtisadi inkişafımızın keyfiyyətcə yeni mərhələsinin formalaşdırılması, ölkə iqtisadiyyatının şaxələndirilməsi və həyata keçirilən iqtisadi islahatların davamlılığını təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə iqtisadiyyatın əsas sektorları üzrə 12 strateji yol xəritəsi təsdiq edilib. Qeyd edilən geniş miqyaslı islahatlar ölkəmiz üçün yeni perspektivlər və imkanlar yaradıb. Mövcud qlobal iqtisadi böhrana baxmayaraq, 2016-cı ilin yekunlarına əsasən ölkəmizdə qeyri-neft sənayesi inkişaf edib və bütün sosial proqramlar tam icra olunub.

Həyata keçirilən islahatlar nəticəsində Azərbaycan 2016-cı ildə Dünya İqtisadi Forumunun rəqabət qabiliyyəti indeksinə əsasən 2015-ci ilin nəticələri ilə müqayisədə 3 pillə irəliləyərək 138 ölkə arasında 37-cı yerə, “Doing Business” 2017-cı il hesabatında isə “Biznesə başlama” meyarı üzrə 190 ölkə arasında 5-ci yerə layiq görülüb.

2016-cı ildə Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya tərəfindən “Açıq hökumətin təşviqi və korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üzrə Milli Fəaliyyət Planları”nın yekun qiymətləndirilməsi həyata keçirilib. Müəyyən edilib ki, Korrupsiyaya qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı dövlət orqanları tərəfindən 86 faiz, Açıq hökumətin təşviqi üzrə Milli Fəaliyyət Planı isə 82 faiz icra olunub.

Bildirilib ki, hesabat dövründə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin dövlət müdafiəsi və bələdiyyə qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsi müvafiq qanunvericilik aktları ilə təmin edilib. Müəllimlərin işə qəbulunun mərkəzləşdirilmiş və şəffaf əsaslarla həyata keçirilməsi və vakant müəllim yerləri barədə məlumatların Təhsil Nazirliyinin rəsmi internet səhifəsində dərc edilməsi təmin edilib. Müəllimlərin əmək haqları artırılmış və sosial təminatları gücləndirilib.  Dövlət orqanları tərəfindən informasiyanın əldə edilməsinin asanlaşdırılması, dövlət orqanlarının fəaliyyətləri barədə ictimaiyyətə müntəzəm məlumat verilməsi və elektron xidmətlərin təkmilləşdirilməsi istiqamətində tədbirlər tam icra edilib.

Qeyd olunub ki, korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən sistemli institusional islahatlar çərçivəsində “ASAN xidmət” mərkəzlərinin əhatəsi və fəaliyyət istiqamətləri genişləndirilib, 13 milyondan çox şəxs “ASAN xidmət” mərkəzlərinə müraciət etmiş və vətəndaş məmnunluğu əmsalı 98 faizə yaxın olub. Eyni zamanda “ASAN xidmət” standartlarının bütün dövlət xidmətlərində tətbiqi məqsədilə “ASAN xidmət” indeksi yaradılıb. Açıq hökumət prinsiplərinin tətbiqinin genişləndirilməsində dövlət orqanları və vətəndaş cəmiyyəti institutlarının səylərinin və fəaliyyətlərinin əlaqələndirilməsi məqsədilə Açıq Hökumət Platforması yaradılıb və fəaliyyəti üçün zəruri dəstək təmin edilib.

Milli Fəaliyyət Planlarının icra vəziyyəti bu sahədə ixtisaslaşan qeyri-hökumət təşkilatları, o cümlədən “Beynəlxalq Şəffaflıq” təşkilatının Azərbaycan nümayəndəliyi və “Konstitusiya Araşdırmalar Fondu” tərəfindən mütəmadi olaraq qiymətləndirilib və Korrupsiyaya qarşı mübarizə üzrə Milli Fəaliyyət Planının yekun icra vəziyyəti 83 faiz müəyyən edilib. Vətəndaş cəmiyyəti institutları tərəfindən həyata keçirilən müstəqil monitorinqlərin nəticəsinin yüksək olması Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərin effektivliyini bir daha təsdiq edir.

Məlumata görə, ölkədə korrupsiyaya qarşı mübarizə sahəsində olan müsbət dinamika beynəlxalq anti-korrupsiya reytinqlərində də öz əksini tapıb. Belə ki, “Beynəlxalq Şəffaflıq” təşkilatı tərəfindən hazırlanan sonuncu “Korrupsiya Qavrama İndeksi”ndə Azərbaycanın mövqeyi ötən illə müqayisədə 7 pillə irəliləyib.  “Beynəlxalq Şəffaflıq” təşkilatının digər ənənəvi hesabatı olan və nəticələri vətəndaşların mövqeyini əks etdirən “2016-cı il Qlobal Korrupsiya Barometri” isə ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində ciddi irəliləyişlərin olmasını və korrupsiyanın səviyyəsinin azalmasını göstərib. Hesabatın nəticələri göstərir ki, Azərbaycanda respondentlərin 79 faizi korrupsiyanı cəmiyyətin üzləşdiyi əsas problemlərdən hesab etmir. Qeyd olunub ki, Azərbaycanın göstəricisi Avropa İttifaqı (68 faiz) və postsovet ölkələri (66 faiz) ilə müqayisədə daha yaxşıdır. Eyni zamanda həyata keçirilən antikorrupsiya islahatları Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupu (GRECO), İqtisadi İnkişaf və Əməkdaşlıq (OECD) təşkilatının Antikorrupsiya Şəbəkəsi və BMT-nin müvafiq alt qurumları tərəfindən yüksək qiymətləndirilib.

Məlumatda o da vurğulanıb ki, açıq hökumətin təşviqi və korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli Sərəncamı ilə Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illəri əhatə edən növbəti Milli Fəaliyyət Planı qəbul edilib. Yeni Milli Fəaliyyət Planının qəbulu və nəzərdə tutulan tədbirlərin əhatəsi Azərbaycanda açıq hökumət prinsiplərinin genişlənməsi və korrupsiyanın qarşısının alınması üzrə mövcud güclü siyasi iradənin növbəti göstəricisidir:

“2016-cı ildə şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə tədbirlər uğurla həyata keçirilib və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması təmin edilib. Bu tədbirlər eyni zamanda iqtisadi sahədə aparılan islahatları tamamlamış və dayanıqlı iqtisadi inkişaf üçün yeni imkanlar yaradıb”.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

28.10.2026 / 15:30
Rusiya BMT-nin Ukrayna məsələsinə qarışmasını rədd etdi...

28.10.2026 / 14:59
Aleşki şəhərindən başladılan atəşkəs bütün Ukraynaya yayıla bilərmi?..

28.10.2026 / 14:10
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqlədi...

28.10.2026 / 13:58
"Borcun olması avtomobillərin satışına qadağa qoyulması demək deyil" – Məhkəmə bankın iddiasını rədd etdi...

28.10.2026 / 13:46
“Sapı özümüzdən olan” qüvvələrin təxribatlarına ayıq-sayıqıq" - Allahşükür Paşazadə

28.10.2026 / 13:44
"Xaos, korrupsiya, qəddarlıq, səriştəsizlik" - Obama Trampın 2 ilini yıxıb-sürüdü...

28.10.2026 / 13:30
Media və Yayım Şurasında Somalinin informasiya, mədəniyyət və turizm naziri ilə görüş keçirildi - FOTO

28.10.2026 / 13:21
Tramp Rubionu paraşütlə Kubaya atmağı təklif etdi – “problemi iki dəqiqəyə həll edər"...

28.10.2026 / 13:08
Belqradda İsrail səfirliyinə bıçaqla hücum edən naməlum şəxs öldürüldü...

28.10.2026 / 12:54
Tramp İranla münaqişənin o istədiyi vaxt bitəcəyini deyir...

28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ

28.10.2026 / 12:40
Bakıda dizellə işləyən avtobuslar istismardan çıxarılır - tarix AÇIQLANDI

28.10.2026 / 12:23
Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 20 dəfə üstələdi...

28.10.2026 / 12:10
Azərbaycanın dövlət borcu açıqlandı

28.10.2026 / 11:48
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

28.10.2026 / 11:35
Sükan arxasında telefonla danışan sürücülərin nəzərinə - 50 manat cərimə gəlir...

28.10.2026 / 11:20
Azərbaycan Məkkə Konvensiyasına qoşulur...

28.10.2026 / 11:12
"Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir" - Prezident

28.10.2026 / 11:10
Bordyuja Ermənistanın KTMT-dən qovulmasını təklif etdi – “özləri çıxsalar yaxşı olar”...

28.10.2026 / 11:06
Prezident İlham Əliyev Petr Paveli təbrik edib

28.10.2026 / 10:47
Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"

28.10.2026 / 10:43
"Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir" - Prezident

28.10.2026 / 10:41
Prezident İlham Əliyev İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət etdi

28.10.2026 / 10:39
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI AÇIQLANDI...

28.10.2026 / 10:28
İsraildə seçki düyünü – heç kim təkbaşına hökumət qurmaq üçün lazım olan səsi toplaya bilmədi...

28.10.2026 / 10:11
Azərbaycan nefti ucuzlaşdı - 122 dollar...

28.10.2026 / 09:56
ABŞ “Patriot”larını Yaxın Şərqə yığır…

28.10.2026 / 09:30
Tramp tezliklə Putin və Zelenski ilə görüşəcəyini açıqladı.

28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu - aktivləri donduruldu

28.10.2026 / 08:21
İsraildə parlament seçkilərində pat vəziyyəti yaranıb - exit-pollar nəticə açıqlaya bilmir

28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” - 85 nəfər saxlandı

27.10.2026 / 22:37
Qazaxıstan rusiyalı avtomobil alıcılarına sanksiya tətbiq etdi – ruslara maşın satışından imtina edilir...

27.10.2026 / 22:15
Konqres Rusiyadan dizel yanacağı alan Amerika şirkətlərini həbslə hədələdi...

27.10.2026 / 21:51
Paşinyan “dövlətyönümlü yeni müxalifətin yaradılması” kursuna başlayır...

27.10.2026 / 21:33
Rusiya bir neçə ayda Ukraynada 240 kv.kilometr ərazi itirdi...

27.10.2026 / 21:16
Vuçiç getdi - Serbiyanın yeni dönəm Azərbaycan siyasəti suallar doğurmağa başladı...

27.10.2026 / 21:04
Ramiz Mehdiyevə hökm oxundu - 14 il iş, bütün əmlakı da müsadirə olundu...

27.10.2026 / 20:59
“Azərbaycan xalqından, 30 il yurdundan məhrum edilmiş insanlardan üzr istənilməlidir” - YENİ TƏLƏB...

27.10.2026 / 20:45
90 faizlik seçici dəstəyi Paşinyanı qorxutdu - mövcud müxalifəti məhv edib yenisini yaradacaq...

27.10.2026 / 20:31
AK Parti iqtidarı Kipr məsələsində güzəştə gedə bilərmi?..

27.10.2026 / 20:17
ABŞ və İsrail İrana qonşu ölkədən (?) hücum edəcəklər...

27.10.2026 / 20:04
Zəfərdən sonra Azərbaycanın qəsdinə qalxmış 3 ölkənin biri Əliyevin qəbuluna gəldi...

27.10.2026 / 19:45
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika qərarını sərt tənqid etdi - Makron rejimi qorxur...

27.10.2026 / 19:28
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub

27.10.2026 / 19:12
Avropadan Putinə bir ildən sonra ilk dəfə zəng gəldi – biz öz adımızdan danışırıq...

27.10.2026 / 18:56
Azərbaycan Rusiya ilə təbii qaz alışı sazişi imzalayacaq...

27.10.2026 / 18:43
Serbiyada "ağıllı həkimlər" Vuçiçin 14 illik hakimiyyətini yıxdılar...

27.10.2026 / 18:29
İran indi də Özbəkistana ərazi iddiası edir, Səmərqəndə dil uzadır

27.10.2026 / 18:14
Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi

27.10.2026 / 18:02
Azərbaycana mal əti idxalı kəskin artdı - yerli istehsal "ölür", bazar bahalaşır...

27.10.2026 / 17:52
Əli Əsədov İƏT-in baş katibi ilə Azərbaycanın təşkilata sədrliyini müzakirə edib - FOTO

27.10.2026 / 17:44
Milli Azərbaycan ideyası beynəlxalq forumda yenidən gündəmə gətirildi...

27.10.2026 / 17:35
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam ilə görüşüb - FOTO

27.10.2026 / 17:27
Azərbaycanda yeni Komissiya yaradılır

27.10.2026 / 17:20
Azad edilmiş ərazilərdə ən böyük memorial kompleks Ağdamda yaradılacaq...

27.10.2026 / 17:06
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTO

27.10.2026 / 16:49
İvanişvili Gürcüstanda bütün antirus partiyaları qadağan edir...

27.10.2026 / 16:45
Tramp İrana qarşı yeni əməliyyatlar qərarını heç cür verə bilmir...

27.10.2026 / 16:37
AMEA alimləri Pezeşkiana çağırış etdi - İranda azərbaycanlılar üçün ana dilində məktəblər açılsın...

27.10.2026 / 16:30
Hakimlər qarşısında tələb qoyuldu - süründürməçiliyə və təhqirə yol verilməsin!

27.10.2026 / 16:17
Zəngəzur dəhlizində erməni sərhədçilər yalnız müşahidəçi olacaq – ABŞ səfirliyi açıqladı...

27.10.2026 / 16:01
Oktay Saral Azərbaycana qarşı hicab iddialarından hələ imtina etməyibmiş...

27.10.2026 / 15:46
Prezident, birinci xanım və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanış olublar - FOTO

27.10.2026 / 15:41
Tramp bütün hərbi bazalarını "90 günlük müharibəyə" hazırlayır - hədəf kimdir?

27.10.2026 / 14:36
Prezidentin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakına dair paylaşım edilib - VİDEO

27.10.2026 / 14:05
800 kq Hizbullah partlayıcısı - ələ keçirilən arsenalın taleyinə Livan qərar verir

27.10.2026 / 14:01
Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib - FOTO

27.10.2026 / 14:00
"Ermənistan Konstitusiyasına dəyişiklik davamlı sülhün əsas şərtlərindən biridir" - Fərid Şəfiyev

27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" - Ozodbek Nazarbekov

27.10.2026 / 13:49
"Mədəniyyətlərarası dialoq sülh və ümumi gələcək naminə davamlı birgə fəaliyyətdir" - Türkmənistanın mədəniyyət naziri

27.10.2026 / 13:36
Çin brendləri Mao Tzedun zarafatı üzündən ünlü futbolçu ilə müqavilələrini ləğv etdi

27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi

27.10.2026 / 13:23
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

27.10.2026 / 12:50
Türkiyədə daha bir bələdiyyədə şübhəli əməliyyat – üzvlərin YENİ Partiyaya qoşulmasından saatlar əvvəl həbslər aparıldı...

27.10.2026 / 12:21
Rusiya və Ukrayna Xersonda atəşkəs elan etdi...

27.10.2026 / 12:08
“Bakı Prosesi” mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaradıb" -ICESCO-nun Baş direktoru

27.10.2026 / 11:57
"Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib" - İƏT-in Baş katibi

27.10.2026 / 11:49
Ermənistan 30 il sonra?

27.10.2026 / 11:26
Azərbaycan Lana Zəki Nusseibehin BMT Baş katibi vəzifəsinə namizədlik təşəbbüsünü alqışlayır

27.10.2026 / 11:14
Prezident İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"

27.10.2026 / 11:08
Paşinyan katolikosa qarşı onun işlərini araşdıran komissiyanı yaratdı

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ