Avstriyanın ATƏT-dəki sədrliyi diqqəti böhranların və münaqişələrin həllinə yönəldəcək. Trend xəbər verir ki, bu barədə təşkilatın saytı məlumat yayıb.
Qeyd olunur ki, həmçinin Avstriya artan radikalizm və ekstremizmlə mübarizə aparmaq, insanlar arasında etimadı möhkəmləndirmək niyyətindədir.
Yanvarın 12-də Avstriyanın xarici işlər naziri, təşkilatın fəaliyyətdə olan sədri Sebastian Kurts ölkəsinin ATƏT-də sədrliyi çərçivəsində prioritetləri açıqlayacaq.
Qeyd edək ki, ATƏT-də sədrlik yanvarın 1-dən Almaniyadan Avstriyaya keçib.