Türkiyə HHQ “Fırat qalxanı” əməliyyatı çərçivəsində Suriyanın 4 şimal rayonunda İŞİD-in nəzarətindəki 23 mühüm nöqtəyə havadan zərbələr endirib.
Baki-xeber.com-un Anadolu Agentliyinə istinadən xəbərinə görə, bu barədə Türkiyə Baş Qərargahı məlumat yayıb. Xəbərə görə, nəticədə terrorçuların 23 obyekti dağıdılıb ki, onlardan 3-ü komanda məntəqəsi, 10-u isə hərbi istehkam idi.
Xəbərdə o da deyilir ki. sutka ərzində 48 terrorçu məhv edilib.