Bakıda silahlı insident olub.
Baki-xeber.com-un "Report"a istinadən xəbərinə görə, hadisə ötən gecə Bakının Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən "Nənəmin Təndiri" adlı iaşə obyektinin yaxınlığında baş verib. Xəbərə görə, əraziyə toplaşan iki kriminal qruplaşmanın 15-20 nəfərə yaxın üzvü arasında mübahisə sonradan silahlı atışmaya keçib. İlkin məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparan zaman "Makarov" tipli tapançaya məxsus gilizlər aşkar edib.
Hadisə iştirakçılarının tutulması istiqamətində axtarışlar davam etdirilir.