Avropada anomal soyuqlar üzündən 20 nəfərdən artıq şəxs dünyasını dəyişib.
Baki-xeber.com-un xəbərinə görə. bu barədə BBC-nin məlumatında deyilir. Telekompaniyanın xəbərinə görə, onların çoxu miqranr və evsiz insanlardır. Xəbərdə bildirildiyinə görə, təkcə polşada soyuqdan 10 nəfər donub. Italiyada 7, Praqada isə 3 nəfər şaxtanın qurbanı olub.
Xatırladaq ki, artıq 2 gündür Moskvada qəfil güclü şaxtanın düşməsilə bağlı sinoptiklər təhlükənin “narıncı” həddini elan edib. Bildirilir ki, Rusiya paytaxtında son 120 ildə bu cür şaxtalar ilk dəfə qeydə alınır.