Qətərin “Əl-Cəzirə” telekanalının keçirdiyi onlayn-sorğu əsasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “İlin şəxsiyyəti” elan olunub.
Baki-xeber.com-un Anadolu Agentliyinə istinadən xəbərinə görə, sorğuda 130 mindən çox respondent iştirak edib. Xəbərdə deyilir ki, sözügedən televiziyanın “Sürətli xəbər” proqramı hər həftə tamaşaçılarına “Həftənin adamını” və “Həftənin ən önəmli hadisəsisıni” seçməyi təklif edir. Lakin bu dəfə sorğu Yeni ilə təsadüf etdiyindən, tamaşaçılara “İlin şəxsiyyətini” seçmək təklif olunub. İki mərhələdə keçirilən sorğuda ilkin mərhələdə 10 namizədin adı yer alıb. İkinci mərhələdə isə “İlin şəxsiyyəti” 4 nəfər arasından seçilib. Bunlar prezident Ərdoğan, suriyalı balaca oğlan - Umran, tunisli aviakonstruktor Muhammed Əz-Zavahiri və Mərakeşin Baş naziri Abdelil Benkiran olub.
Türkiyə prezidentinə tamaşaçıların 40 faizi səs verib.