Almaniyanın Federal Konstitusiya Təhlükəsizliyi xidmətinin rəhbəri Hans Georq Maasen bəyan edib ki, ATƏT-ə edilən kiberhücum Rusiyadan idarə oluna bilər.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə “Frankfurter Allgemeine” qəzeti xəbər dərc edib. Xəbərə görə, o deyib ki, ATƏT-ə edilən kiberhücumda istifadə olunan infrastruktur ART28 haker qruplaşmasının yararlandığı üsluba çox bənzəyir. O həmçinin xatırladıb ki, oxşar hücumla 2015-ci ildə Bundestaqın da serveri sındırılmışdı.
Xatırladaq ki, daha öncə ATƏT-in Rusiya hakerlərinin kiberhücumuna məruz qalması barədə Fransanın “Le Monde” qəzeti yasmışdı. Qəzetin mənbələrinin xəbərinə görə, haker hücumu ART28 qruplaşması tərəfindən edilmişdi. ATƏT-in nümayəndəsi Nataşa Radjanoviç nəşrə deyib ki, serverə hücum oktyabrın axırında edilib. Nəticədə hakerlər ATƏT əməkdaşlarının şəxsi fayllarına və təşkilatın elektron materiallarına çıxış eldə edib. Bundan dərhal sonra isə təşkilatın 57 üzv ölkəsinə xəbərdarlıq edilib, lakin o zaman xəbəri açıqlamaq barədə qərar qəbul edilməyib.