Bazar günü günü, 10 may 2026
     

ASALA işğal olunmuş Azərbaycan ərazilərində - erməni terrorçunun etirafı...

Image


ASALA terrorçusu Mardiros Jamkoçyanın İsveçrənin "L'Hebdo" qəzetinə müsahibəsi yayımlanıb.

"Trend"-in məlumatına görə, bu şəxs Azərbaycanın işğal olunmuş ərazilərində də fəaliyyət göstərib. Hələ də işğal olunmuş ərazilərə və Ermənistana səfərlər edir. Müsahibədə də bu faktı etiraf edir.

"L'Hebdo" qəzetində "Ferdinand-Hodler küçəsindən olan qatil ilə görüş" adlı müsahibədə şəklin altındakı qeyddə yazılır: “9 İyun Qrupu” 1981-ci ilin iyun ayında Cenevrədə qətl törətmiş Mardiros Jamkoçyanın (şəkildə portreti terrorçuların başı üzərindədir) azadlığa buraxılmasına nail olmaq üçün yaradılmış erməni təşkilatıdır".

Qeyd olunur ki, Ermənistanın "azadlığı" uğrunda Gizli Erməni Ordusunun üzvü olan M.Jamkoçyan 1981-ci ildə Cenevrədə Türkiyə konsulluğunun əməkdaşını qətlə yetirib. Bu hadisədən 35 ildən artıq bir müddətin keçməsinə baxmayaraq, bu erməni döyüşçüsü təəssüf hissi keçirmir:

"Cenevrə, 9 iyun 1981-ci il. Helvetika prospekti və Ferdinand-Hodler küçəsinin kəsişməsində atəş açılır. Sonra daha ikisi. Kəlləsi, ürəyi və çiynindən yaralanan şəxs yerə yıxılır. Bir qədər aralıda bir taksi maşını tüstülənir: onun güllə atəşinə tutulmuş mühərriki partlayır. Bu panikadır. Türkiyə Konsulluğunun katibi Mehmet Savaş Erquz Mardiros Jamkoçyan adlı 21 yaşlı bir gənc tərəfindən qətlə yetirilir. Aylar boyu hazırlanmış bu tapşırığın məqsədi İsveçrədə türk kəşfiyyatının rəhbəri olduğu güman edilən həmin şəxsin aradan götürülməsi idi".

Qətlin müəllifi bilir ki, qətlə iyirmidən artıq şəxs şahidlik edib. O, cəld şəkildə Ferdinand-Hodler küçəsindəki binalardan birinə daxil olur, puloverini dəyişir, tapançasını və istifadə etmədiyi qumbaralarını atır. Binadan çıxdıqdan sonra o, iti addımlarla Sen-Antuan prospekti istiqamətində gedir. O, məhkəmə binasına doğru gedərkən bir qutu siqaret almaq məqsədilə yolda bir köşkün yanında dayanır. Lakin onu tuturlar: yaxınlıqdan keçən birisi onu tanıyaraq polisə xəbər verir. Mardirosu yerə yıxırlar. “Mənim sənədlərim yoxdur” – onun fransızca bildiyi yeganə sözlər bunlar olur. O, həbs edilir:

"İrəvan, 2016-cı ilin payızı. Ermənistan paytaxtının ticarət küçələrindən birində yerləşən kiçik və rahat qəhvəxana – “Café de Paris”də əyləşən Mardiros Jamkoçyan törətdiyi qətlin təfərrüatlarını bizə danışır. Ağarmış saçlarına və peyda olmağa başlayan qırışlarına baxmayaraq, o, yaşı 60-dan artıq olsa da, hərbi görünüşünü qoruyur. Azacıq da olsa vicdan əzabı çəkməyən bu şəxs qətl barədə sanki dünən olmuş kimi danışır. “Mən altı gün ərzində “Jardin anglais”də (gölkənarı bulvarda - red.) yatırdım. Silahımı Kornaven vağzalındakı saxlama kamerasında buraxıb Cenevrədə konsulu izləyirdim. Fürsəti gözləyib, lazım olan anda hərəkətə keçdim".

Doğulduğu Beyrut şəhərində təlim keçmiş Mardiros Ermənistanın "azadlığı" uğrunda Gizli Erməni Ordusunun – ASALA-nın üzvüdür. Məhz Livandakı vətəndaş müharibəsi zamanı erməni məhəlləsini qoruyarkən silahlardan istifadə etməyi öyrənib. O, tapşırığı yerinə yetirmək üçün Cenevrəyə göndərilməzdən əvvəl 17 yaşından etibarən Cənubi Livanda təlim düşərgələrində təlim keçib. O dövrdə ASALA çoxlarının bixəbər olduğu qondarma "erməni soyqırımı" barədə dünya ictimaiyyətini xəbərdar etmək məqsədilə silahlı hücumlar həyata keçirirdi. Onun fəaliyyət üsulu sadədir: o, bütün Avropa ərazisində Türkiyənin maraqlarını hədəfə alır.

“9 İyun Qrupu”nun yaradılması

Mardiros Jamkoçyanın həbsinin ardınca ASALA onun azadlığa buraxılması üçün bir qrup yaradır: “9 İyun Qrupu”. İsveçrədə bədnam ad çıxarmış qrup elə həmin 1981-ci ilin 19-22 iyul aralığında dörd bomba partlayışı törədir. Sürix aeroportunda və Federal Sarayın (İsveçrə Parlamentinin binası - red.) önündə törədilən ilk iki partlayış insan tələfatı ilə nəticələnməsə də, Lozanna şəhərindəki “Uniprix” mağazasının qadınlar bölməsində törədilən partlayış nəticəsində 26 nəfər bədən xəsarəti alır. Bundan da ciddisi, iyulun 22-də Cenevrənin Kornaven vağzalında saxlama kamerasına qoyulan bombanın partlaması idi ki, nəticədə bir nəfər həlak olmuş və dörd nəfər yaralanmışdı.

Bu təzyiqlərə baxmayaraq, İsveçrə güzəştə getmir: o, Mardirosu 1981-ci ilin dekabrında on beş il müddətinə qapalı rejimli həbsxanada saxlanılmaqla azadlıqdan məhrum edir. 1982-ci ildə Los-Anceles şəhərindəki SBS İsveçrə bankının qarşısında törədilmiş növbəti partlayışdan sonra vəziyyət sakitləşir və ASALA Beyrutdan birtərəfli qaydada atəşkəs elan edir. Uzun illər keçdikdən sonra Mardiros bu gün etiraf edir ki, bu partlayışlara qarşı idi: “Mən həmişə kor-koranə zorakılığı pisləyirdim. Mən nə üçün həbsxanada olduğumu bilir və bununla bağlı problem yaşamırdım. Mən törətdiyim əməlimlə fəxr edirəm”.

M.Jamkoçyan on beş illik həbs müddətinin iki il yarımını Cenevrədə keçirdikdən sonra Orba köçürülür. Həmin illəri o, qəribə də olsa, xoş xatirələrlə yada salır. O, fransız dilini öyrənir və sonra imtahan verərək federal diplom alır. “Mən heç zaman yuxudan korluq çəkməmişəm. Həkimlər düşünürdülər ki, mən ya dəliyəm, ya da narkotiklərin təsiri altındayam. Onlar hamısı mənə sakitləşdirici vermək istəyirdilər. Bütün həbsxanadakılar bunlardan qəbul edirdi! Mənim isə heç vaxt buna ehtiyacım olmayıb. Mənim yuxu dərmanım hər axşam yarım litr yoğurt idi”, - deyərək o, gülə-gülə bildirir.

Nümunəvi davranışına görə on iki ilin tamamında azad edilir və daha iki ili şərti cəza ilə Cenevrədə keçirir. Bundan sonra o, Ermənistana getmək arzusunu bildirir. Lakin problem onda idi ki, onun sənədləri yox idi və Sovet İttifaqı da dağılmaq üzrə idi.

Qəhrəman kimi qarşılanma

İsveçrə ondan tez bir zamanda “canını” qurtarmaq istəyir, lakin İsveçrənin yaşayış icazəsi olmadan onu harasa göndərmək olmur. Mardiros rişxəndlə gülə-gülə öz söhbətinə davam edir: “Mən onlara dedim: “Siz həqiqətən də istəyirsiz ki, mən burda qalım?” Bir həftə sonra onlar mənə etibarlılıq müddəti bir ay olan pasport verdilər ki, mən öz ölkəmə qayıdım. O pasportu hələ də saxlayıram”. Ölkəsinə qayıtdıqdan sonra onu qəhrəman kimi qarşılayırlar. Dağlıq Qarabağ uğrunda Azərbaycanla müharibə gedirdi. Onu dərhal cəbhəyə göndərirlər.

O dövrün ordu başçısı olan Vazgen Sarqsyanın çox yaxın adamına çevrilən Mardiros onunla birlikdə yüksəlir. O zaman müdafiə naziri və Dağlıq Qarabağda hərbi əməliyyatlara cavabdeh bir şəxs olan V.Sarqsyan 1995-ci ildə baş nazir olur. M.Jamkoçyan isə 1997-ci ilədək onun cangüdənlərindən biri olur.

Sonra o, dörd illik müddətə ABŞ-a köçür. Bu dövr barədə ondan soruşanda ciddi görkəm alır, lakin heç bir izahat vermir. Daha sonra yenidən ölkəsinə qayıdır. 2000-ci illərin əvvəllərində o, minaların zərərsizləşdirilməsi üzrə mütəxəssis olaraq fəaliyyətə başlayır və etimad qazanmaq üçün adını dəyişir. Mardiros adı dəyişib Martirosa, Jamkoçyan isə Zamxoçyana çevrilir.

Tez-tez səyahət edən birisinə çevrilərək o, BMT-nin minalara qarşı beynəlxalq konfranslarında iştirak etmək məqsədilə tez-tez İsveçrəyə səfər edir. Qalan dövrlərdə isə Ermənistanın sərhədləri boyu səfərlər edərək hələ də bitməyən müharibədə qoşunların önündə çıxışlar edir.

Bununla belə, uzun illər ötməsinə baxmayaraq, Mardiros özünün tarixi düşmənini – Türkiyəni unutmur: "Mən həmişə ASALA-nın üzvü olacağam"

ASALA hərəkatının tarixi

1975-ci ildə yaradılmış və 90-cı illərin əvvəllərinədək fəaliyyət göstərmiş Ermənistanın "azadlığı" uğrunda Gizli Erməni Ordusu təşkilatının əsas məqsədi Türkiyəni qondarma "erməni soyqırımı"nı tanımağa vadar etmək idi.

Marksist-leninist yönümlü ASALA, qondarma "erməni soyqırımı"nın tanınmasından əlavə, həmçinin hazırkı Türkiyə ərazisinin şərqinin böyük bir hissəsini əhatə edən ərazilər hesabına “böyük Ermənistan” yaratmağa çalışırdı. Bu iddialar, xüsusilə Vudro Vilsonun 1920-ci ildə imzaladığı Sevr müqaviləsinə əsaslanırdı.

İsveçrədə, eləcə də ABŞ-da, Livanda və Fransada fəaliyyət göstərən ASALA, xüsusilə Avropa və ABŞ-da Türkiyə maraqlarına qarşı yönəlmiş terror aktları nəticəsində 46 nəfərin ölümünə və 299 nəfərin yaralanmasına görə məsuliyyət daşıyır.

Bu hərəkat Beyrutda Akop Akopyan, erməni əsilli isveçrəli keşiş Ceyms Karnusyan və yazıçı Kevork Acemyan tərəfindən 1975-ci ildə Livanda gedən vətəndaş müharibəsi zamanı təsis edilib. Üzvlərinin əksəriyyəti erməni əsilli livanlılar idi. Onlardan da biri M.Jamkoçyan idi ki, onun valideynləri Türkiyənin şərqindən qaçmışdılar.

Özünün pik dövründə yüzlərlə üzv və təəssübkeşdən ibarət hərəkat 1988-ci ildə A.Akopyanın Afinada öldürülməsindən sonra nüfuzdan düşməyə başladı. Bununla belə, ASALA-nın məqsədlərindən biri olan qondarma "erməni soyqırımı"nın ictimailəşdirilməsinə nail olundu. Əvəzində, Türkiyə onu tanımadı və ASALA-nın yoxa çıxmasınadək onun çoxlu sayda üzvünün qətlinə göstəriş verdi. Ermənistanda həqiqi qəhrəmanlara çevrilmiş bu təşkilatın üzvləri 90-cı illərdə orduda və hökumətdə yüksək vəzifələr tuturdular.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Prezident İlham Əliyev və Mehriban Əliyeva Şükürbəyli kəndinə köçən sakinlərlə görüşdü - FOTO/YENİLƏNDİ

Gürcüstanla Rusiya Zəngəzur dəhlizinə alternativ hazırlayır - qonşumuzdan yeni davranış...

Azərbaycandan keçən yollar Avrasiyada müharibələrdən təsirlənməyən yeganə marşrut oldu...

SON XƏBƏRLƏR

10.05.2026 / 11:58
Qeyri-adi yetənəyi ilə məşhurlar siyahısına düşən soydaşımız - Günay Həsənova

10.05.2026 / 09:53
İraqda səhranın ortasında İsrailin İrana qarşı qurduğu gizli baza aşkarlandı - əraziyə yaxınlaşan İraq ordusuna atəş açıldı...

10.05.2026 / 09:10
ABŞ UNO-larla bağlı ŞOK GÖRÜNTÜLƏR yaydı...

10.05.2026 / 08:34
Dörd illik qanlı müharibənin sonu göründü - Putindən Zelenskiyə sülh mesajı...

10.05.2026 / 00:28
Ermənilər işğal dönəmində Qarabağda törətdiyi cinayətləri elə özləri ifşa edir - VİDEO

10.05.2026 / 00:14
Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı paylaşım edib

10.05.2026 / 00:10
Prezident Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar paylaşım edib

10.05.2026 / 00:03
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür

09.05.2026 / 23:10
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Şükürbəyli sakinləri ilə görüşündən görüntülər paylaşılıb - VİDEO

09.05.2026 / 22:53
Trampdan Roma ilə gərginliyi artıracaq açıqlama - ABŞ qoşunları İtaliyadan çıxarılır...

09.05.2026 / 22:17
Fars körfəzini fəlakətə sürükləyəcək iddia... ABŞ-ın vurduğu Xark adasında neft sızması aşkarlandı - sürətlə yayılır...

09.05.2026 / 19:35
Sabah Azərbaycandan Ermənistana 16 vaqon dizel göndəriləcək

09.05.2026 / 19:11
İran körfəz ölkələrini Hörmüzlə təhdid etdi - bu riskə getməyin...

09.05.2026 / 18:50
Mehriban Əliyeva Zəngilandan görüntülər paylaşıb - FOTO

09.05.2026 / 18:22
Prezident: "Yaşayışla, təhsillə bağlı məsələlər həll olunduqca, məşğulluq məsələləri də həll edilir"

09.05.2026 / 18:16
"Cəbrayılda bizim ən böyük Günəş elektrik stansiyaları inşa edilir" - Prezident

09.05.2026 / 17:45
Cəbrayılın Soltanlı kəndində “Şəfəq” yarımstansiyasının açılışı oldu - FOTO

09.05.2026 / 17:43
Prezident və Birinci xanım Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının binasının tikintisi ilə tanış olublar - FOTO

09.05.2026 / 17:40
ABŞ və İran gələn həftə İslamabadda görüşə bilər...

09.05.2026 / 17:38
Prezident İlham Əliyev və Mehriban Əliyeva Şükürbəyli kəndinə köçən sakinlərlə görüşdü - FOTO/YENİLƏNDİ

09.05.2026 / 17:28
Zaqatalada silahlı insident - restorandan çıxarkən qapıda güllələndi...

09.05.2026 / 17:20
Prezident və Birinci xanım Şükürbəyli kəndində fərdi evlərdə yaradılmış şəraitlə tanış olublar - FOTO

09.05.2026 / 17:11
Cəbrayılın Şükürbəyli kəndinin açılışı oldu - FOTO

09.05.2026 / 17:07
Putin qələbə paradında NATO-nu hədəf aldı, Kimdən də dəstək gəldi...

09.05.2026 / 16:13
BTQ Fransadan BMT-nin çağırışlarına dərhal əməl etməyi tələb etdi...

09.05.2026 / 15:40
“Bakı-Xankəndi” velosiped yarışının mükafat fondu açıqlandı - 50 min avrodan çox...

09.05.2026 / 15:12
"Müharibə qabaqdadır" - Ohanyan yenə sarsaqladı...

09.05.2026 / 14:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Cəbrayıla səfər ediblər

09.05.2026 / 13:55
Suraxanıda 12 kiloqram narkotik aşkarlanıb - VİDEO

09.05.2026 / 13:11
DİN-in şəxsi heyəti Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO/VİDEO

09.05.2026 / 12:28
Qobustanda elektrik stansiyası ərazisində güclü yanğın olub

09.05.2026 / 12:02
Tərtərdə gənc oğlan asma bronxid xəstəliyindən ölüb

09.05.2026 / 11:55
Prezident Birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycan övladlarının xatirəsini ehtiramla anıblar - FOTO

09.05.2026 / 11:52
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər - FOTO

09.05.2026 / 11:25
Azərbaycan Tibb Universiteti Yozqat Bozok Universiteti ilə əməkdaşlığa başlayır

09.05.2026 / 11:16
2 cüdoçumuz "Böyük Dəbilqə" turnirində mübarizəyə başlayır

09.05.2026 / 11:03
Azərbaycandan Ermənistana 8 vaqon dizel göndərildi

09.05.2026 / 10:59
Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlandı

09.05.2026 / 10:11
Yol Polisi qeyri-iş günləri ilə bağlı sürücülərə müraciət etdi

09.05.2026 / 06:39
Bu gün QƏLƏBƏ günüdür

09.05.2026 / 06:28
Paşinyan Ermənistanın Qarabağ iddiasını ölümcül səhv adlandırdı

09.05.2026 / 06:14
İran BMT-yə çağırış etdi - “ABŞ-ı qınayın”…

09.05.2026 / 06:04
Trampı tabutda təsvir etdi, altına “kaş ki…” yazdı - Ağ Ev şokda…

08.05.2026 / 23:06
ABŞ UFO-larla bağlı arxivləri açdı – ŞOK GÖRÜNTÜLƏR...

08.05.2026 / 21:22
Fransa Hindistandan Gürcüstana Ermənistan üzərindən dəhliz çəkir...

08.05.2026 / 20:45
Ermənistan ordusunu qurmaq Fransanın prioriteti elan olundu...

08.05.2026 / 20:07
Rusiya XİN Paşinyandan qisas alınacağını rəsmi bəyan etdi... “Zelenski...”

08.05.2026 / 19:44
Gənc istedadın ilk fərdi sərgisi açıldı - FOTO

08.05.2026 / 19:18
ABŞ Ukrayna müharibəsində vasitəçilikdən imtina edir – danışıqlar dalana dirənib...

08.05.2026 / 18:59
İran Hörmüz boğazında nəhəng neft tankerini ələ keçirdi...

08.05.2026 / 18:41
Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu

08.05.2026 / 18:25
Bakı Təşəbbüs Qrupunun hesabatı BMT-ni hərəkətə keçirdi - Kanaki ilə bağlı Fransaya xəbərdarlıq edildi...

08.05.2026 / 18:02
Mingəçevir Dövlət Universitetində “MSU First Green Sports Festival”a hazırlıq işləri yekunlaşmaq üzrədir

08.05.2026 / 17:50
Tramp İranın “atom bombası məsələsində” Roma papasını açıq şərlədi...

08.05.2026 / 16:58
Türk Mətbəxi Həftəsi 2026-nın mövzusu açıqlanıb: - “Bir Süfrədə Miras”

08.05.2026 / 16:57
ABŞ-ın İranla müharibəsi Rusiyanı çökdürür...

08.05.2026 / 16:46
Rusiya “İranın ağzından" Ermənistanı hədələməyə başladı...

08.05.2026 / 16:06
ABŞ-da bir banka zəng vuran Roma Papası şoka düşdü - "filiala gəl" deyib, telefonu üzünə bağladılar...

08.05.2026 / 15:33
Cəsur oğullar vətəni elə vəsf edirlər ki...

08.05.2026 / 15:15
Xanlar Vəliyevin qızına yeni vəzifə verildi

08.05.2026 / 14:46
Dünya Putinin 9 mayını boykot etdi...

08.05.2026 / 14:32
Etibarsız nikah hansı halda etibarlı sayıla bilər? - Ali Məhkəmədən qərar...

08.05.2026 / 14:18
Rusiyanın “1-ci” kanalından Azərbaycana qarşı təxribat - Rəsmi Bakı Moskvadan izahat istədi...

08.05.2026 / 13:55
Tramp Pekinə əlində İranla razılaşma (?) sənədi ilə getmək istəyir - maraq nədir...

08.05.2026 / 13:46
ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN TÜRKİYƏ-ERMƏNİSTAN MÜNASİBƏTLƏRİNƏ BAXIŞI

08.05.2026 / 13:45
Hindistanla Pakistan müharibə ərəfəsində... Düz bir il ötdü...

08.05.2026 / 13:27
Türkiyənin 3 düşməni məkrli plana başladı - vaxtilə İran və İraqa da bunu edirdilər...

08.05.2026 / 13:26
Kreml Almaniyanın dövlət kimi mövcudluğunu qanunsuz elan etdi...

08.05.2026 / 13:06
Səhiyyə Nazirliyindən hantavirusla bağlı açıqlama....

08.05.2026 / 12:50
ABŞ şahzadə Salmanı "Sultan inadından" necə döndərdi...

08.05.2026 / 12:50
Tramp İrana sərt xəbərdarlıq etdi - razılaşmanı imzalamasalar...

08.05.2026 / 12:37
Ermənistanda müxalifətlə iqtidarın "göbələk davası" başlayıb...

08.05.2026 / 12:30
DƏNİZ, MUSİQİ, SÖZ SƏLTƏNƏTİNDƏN YARANAN POEZİYA

08.05.2026 / 12:24
Nazir Vilayət Eyvazov İmişlidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO/VİDEO

08.05.2026 / 12:21
"Azərbaycanda etnik və dini müxtəliflik milli sərvət kimi qorunur" Prezident

08.05.2026 / 12:19
Xudatda əvvəllər işlədiyi elektronika mağazasını soyan şəxs tutuldu

08.05.2026 / 12:18
Hörmüz boğazından keçən gəmilər SEPAH- ın 40 sualına dəqiq cavab verməlidir... “Yalan məlumat verilsə...”

08.05.2026 / 12:15
Prezident İlham Əliyev Roma Papası XIV Leonu Tacqoyma Günü münasibətilə təbrik edib

08.05.2026 / 12:02
MAQATE İranın zənginləşdirilmiş uranı harada gizlətdiyini bilir...(?)

08.05.2026 / 12:00
Qanunsuz mərc oyunları ilə xaricə ötürülən milyardlarda iri məmur əli var...

08.05.2026 / 11:55
Fransada uşaqları əllərindən alınan ailə 9 ay sonra övladlarını qovuşdu...

“Böyük qayıdış” müasir şəhərsalma mədəniyyətinə böyük töhfələr verir...

XƏBƏR ARXİVİ