Bu ilin ilk günündə İstanbulun mərkəzində barda törədilən terror aktı ilə bağlı saxlanan şübhəlilər arasında Rusiya vətəndaşları da var.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə “Hurriyet Daily News” xəbər verib. Nəşrin xəbərinə görə, olayla bağlı 40 nəfər saxlanıb ki, onlardan 20 nəfəri uşaq – 9-u oğlan, 11-i qızdır. Şərqi Türküstan, Dağıstan və Qırğızıstan vətəndaşı olan bu uşaqların “İslam dövləti” terrorçu qruplaşması ilə əlaqələri ortaya çıxıb.
Xatırladaq ki, Yeni il gecəsi İstanbulun mərkəzindəki “Reina” barında silahlı şəxs avtomat silahdan pərakəndə atəş açaraq 39 nəfəri qətlə yetirib, 70nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Ölənlərin əksəriyyətinin əcnəbi olduğu deyilir.