“2016-cı ildə ölkə bir addım da geriyə getdi, biz ölkənin nəfəs alması üçün otuzdan artıq kredit almalı olduq...”
Baki-xeber.com-un xəbərinə görə, bu barədə yerli NEWS.am saytına açıqlamasında “Orinats Yerkir” parlament fraksiyasının rəhbəri, “Erməni dirçəlişi” partiyasının liderlərindən olan Egine Bişaryan deyib. Onun sözlərinə görə, 2017-ci il Ermənistan üçün asan il olmayacaq, çünki ölkə bu ilə “böyük bir yük altında qədəm qoyub. Fraksiya rəhbərinin sözlərinə görə, nəzərə alınsa ki, elə təkcə sonuncu parlament iclasında ümumilikdə 180 milyon dollar həcmində 3 kredit anlaşması layihəsi qəbul olunub, ötən ili geriyə addım kimi xarakterizə etmək olar.:”Bu kreditlər büdcə defisitinin örtülməsi üçün önəmli idi, lakin bu həm də o deməkdir ki, millət olaraq, biz hamımız dərin bir quyunun dibindəyik”.