Yeni ilin ilk günündə İrəvanın “Drujba” otelində Rusiya vətəndaşı, 45 yaşlı Viktor Yemelyanovun meyiti aşkarlanıb.
Baki-xeber.com-un erməni mətbuatına istinadən xəbərinə görə, o, Rusiyanın Ermənistandakı hərbi bazasında qərargah rəisinin müavini vəzifəsində işləyirdi.
Erməni saytı mayor rütbəli Viktor Yemelyanovun bədənində hər hansı zorakılıq əlamətinin aşkarlanmadığını yazır.