İstanbulda Yeni il gecəsi baş verən terror aktında həlak olan Nuranə Həsənovanın cənazəsi Bakıya göndəriləcək.
Baki-xeber.com-un RİA “Novosti”-yə istinadən xəbərinə görə, Nuranə Həsənova Rusiya vətəndaşıdır, amma uzun illərdir Azərbaycanda yaşadığından, onun cənazəsi Bakıya göndəriləcək. Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfirliyi özünün tvitter səhifəsində Nuranə Həsənovanın yaxınlarına başsağlığı mətni də yerləşdirib.
Xatırladaq li, Yeni il gecəsi 700 nəfərin olduğu məşhur kluba silahlı basqın zamanı 16-sı əcnəbi olmaqla 39 nəfər ölüb, 69 nəfər yaralanıb.