2016-cı il dekabrın 27-də Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisində partlayış baş vermiş qaz xəttində yenidən partlayış olub.
Baki-xeber.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən aldığı xəbərə görə, yanğına keçən partlayış bu gün saat 07 radələrində kəmərin eyni yerində qeydə alınıb. Hadisə yerinə dərhal FHN-in canlı qüvvəsi və texnikası əraziyə cəlb olunub. Ərazidə təhlükəsizlik tədbirləri görülüb, Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən, diametri 1000 mm-lik magistral qaz kəmərinə qaz vurulması dayandırılıb.
Xəbərdə hazırda yanğının lokallaşdırıldığı, tam söndürülməsi üçün tədbirlərin davam etdiyi bildirilir.