09.16
Türkiyənin daxili işlər naziri Süleyman Soylu İstanbulda gecə klubunda baş verən qanlı olayla bağlı açıqlama verib. Nazirin sözlərinə görə, hadisə nəticəsində ölənlərin sayı 39-a çatıb, yaralı sayı isə 69 nəfər təşkil edir. Ağır yaralıların olması səbəbindən ölü sayının artacağı istisna olunmur.
İstanbulun Ortaköy rayonunda gecə klubunda Yeni il gecəsi dəhşətli olay yaşanıb.
Baki-xeber.com-un “yenişafak”a istinadən xəbərinə görə, ötən gecə saat 01:01-də Şaxta Baba qiyafətli terrorçu “Reina” adlı gecə klubuna daxil olaraq uzun lüləli silahla şənlənən insanlara atəş açıb. Nəticədə biri polis olmaqla azı 35 nəfər həlak olub, 40 nəfər yaralanıb. Həlak olan polisin gecə klubunun girişində görəvli olduğu bildirilir.
Yaralılar xəstəxanaya qaldırılıb, olay yerində araşdırma aparılır.