"Ermənistan və Azərbaycanı atəşkəs rejimini qorumaq üçün üzərlərinə götürdükləri öhdəliyə ciddi riayət etməyə və vəziyyətin sabitləşməsi üçün bütün lazımı addımları dərhal atmağa çağırırıq".
Baki-xeber.com-un xəbərinə görə, bu barədə Rusiya XİN-in Kollektiv Təhlükəsilik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordyujanın dünənki insidentlə bağlı bəyanatına bildirilən münasibətdə deyilir. Bəyanatda o da deyilir ki, "O ki qaldı KTMT baş katibi Nİkolay Bordyujanın bəyanatına, KTMT-yə üzv dövlətlərin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi onların bu ilin oktyabrın 14-də İrəvanda qəbul olunan birgə bəyanatında aydın ifadə olunub".
Xatırladaq ki, dekabrın 29-da Ermənistan-Azərbaycan sərhədində baş verən insidentə münasibət bildirən Rusiya XİN tərəfləri atəşkəs rejiminə riayət etməyə çağırıb: "Daxil olan məlumata görə, Ermənistan-Azərbaycan sərhədində qarşıdurma baş verib. Hər iki tərəfdən hərbi qulluqçular arasında itkilər var. Rusiya yaxınlarını itirənlərin ailəsinə başsağlığı verir. Ermənistan və Azərbaycanı atəşkəs rejimini qorumaq üçün üzərlərinə götürdükləri məsuliyyətə ciddi riayət etməyə və vəziyyətin sabitləşməsi üçün dərhal bütün lazımı addımları atmağa çağırırıq".