Rusiya dipmissiyasının ABŞ sanksiyalarına məruz qalan əməkdaşları onlara verilən 72 saatlıq müddət ərzində ölkədən çıxışda problem yaşaya bilər.
Baki-xeber.com-un “İnterfaks”-a istinadən xəbərinə görə, buna səbəb bayramqabağı aviabiletlərin tamamilə satılmasıdır. Adının açıqlanmasını istəməyən mənbə agentliyə deyib ki, Yeni il ərəfəsi bütün istiqamətlərdə biletlər satıldığından, Rus diplomatları onlara verilən 72 saatlıq müddət ərzində ölkəni tərk etməkdə çətinlik yaşaya bilər. Mənbə deyib ki, bu məqsədlə onlar Vaşınqtondan Nyu Yorka uçmalı olacaqlar, çünki buradan Moskvaya bilet tapmaq daha asan ola bilər. Lakin o deyib ki, bu halda da diplomatlar Yeni ili təyyarədə qarşılamalı olacaqlar.
Xatırladaq ki, Dövlət Departamenti “prezident seçkilərinə kiber müdaxilə” ittihamı ilə 35 rus diplomatını ölkədən sürgün edib və onlara ABŞ hüdudlarını tərk etmək üçün 72 saat vaxt verib.