Senator Aleksey Puşkov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-ın “İslam dövləti” terrorçu qrupunu himayə etməsilə bağlı fikirlərinə dəstək nümayiş etdirib.
Baki-xeber.com gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə o özünün tvitter hesabında yazıb. Senator yazır:”Ərdoğan haqlıdır: bir çox faktlar var ki, ABŞ-ın İŞİD-ə dəstək verdiyini təsdiqləyir. Dövlət Departamentinin aşkar olan bir məsələni təkzib etməsi isə gülüncdür”.
Xatırladaq ki, daha öncə Dövlət Departamenti ABŞ –ın İŞİD-i dəstəkləməsilə bağlı Ərdoğanın sözlərini absurd adlandırmışdı.