ABŞ prezident Administrasiyası Rusiyanın 2016-ı ildə ABŞ-da prezident seçkilərinə müdaxiləsilə bağlı cavab sanksiyalarını elan etməyə hazırlaşır. Baki-xeber.com-un gazeta.ru-ya istinadən xəbərinə görə, bu barədə “Washington Post” özünün anonim mənbələrinə istinadən yazır. Nəşrin xəbərinə görə, hazırda Ağ Ev cavab sanksiyaları hazırlığının final mərhələsindədir. Xəbərdə deyilir ki, bu həftə artıq bu sanksiyalar elan olunacaq. Sanksiyaların isə diplomatık ölçülərdən və iqtisadi məsələlərdən ibarət olacağı bildirilir. Bundan əlavə, qəzetin yazdığına görə, Amerikanın prezident administrasiyası Rusiyaya qarşı gizli kiberhücumlara da hazırlaşır. Xatırladaq ki, Amerika rəhbərliyi Rusiyanı prezident seçkilərinə müdaxilədə və onun nəticələrinə təsir etməkdə ittiham edir. Öz növbəsində Rusiya tərəfi isə bu ittihamları rədd edir. Daha öncə məsələyə münasibət bildirən Rusiya prezidenti Putin isə deyib ki, “uduzan tərəf hər zaman günahkar axtarır”.