Xəzər dənizinin hüquqi statusu barədə konvensiyanın layihəsi üzrə məsələlərin böyük hissəsi razılaşdırılıb. Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
Onun sözlərinə görə, qalan məsələlər barədə danışıqlar davam edir.
X.Xələfov deyib: “Biz bu sualların razılaşdırılmasını Astanada keçiriləcək Xəzəryanı ölkələrin dövlət başçılarının növbəti sammitinədək başa çatdırmağı planlaşdırırıq”.