09:15
Rusiya Müdafiə Nazirliyinin Qara dənizə düşən TU-254 təyyarısinin "qara qutu"su sudan çıxarıldı.
***
Rusiya Müdafiə Nazirliyinin şənbə günü Soçidən qalxarkən qəzaya uğrayan təyyarəsinin “qara qutu”su tapılıb.
Baki-xeber.com-un xəbərinə görə, TASS-a güc orqanlarındakı mənbə deyib ki, “qara qutu”nun Qara dənizin dibində olduğu yer təsbit edilib və yaxın zamanda o, sudan çıxarılacaq.
Mənbə onu da deyib ki, həmin ərazidə daha üç nəfərin meyiti və xeyli sayda insan qalıqları tapılıb. Daha öncə təyyarə qəzasının şahidi olmuş şəxs FTB-nin sahil-mühafizə xidmətinə ifadəsində bildirib ki, Tu-154-ün su üzərinə “qəribə” enişinin şahidi olub.
Xatırladaq ki, qəza anında komandirin təyyarəni su üzərinə endirməyə səy göstərdiyi ehtimallar sırasındadır.