Dekabrın 26-da Qala-Pirallahı avtomobil yolunun ikinci hissəsinin açılışı olub.
Baki-xeber.com-un prezident.az saytına istinadən xəbərinə görə, açılış mərasimində Prezident İlham Əliyev və xanımı, ərazi üzrə Milli Məclisin deputatı Mehriban Əliyeva da iştirak edib.
“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov görülən işlər barədə dövlət başçısına məlumat verib.
Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.