Prezident İlham Əliyev Rusiya prezidenti Vladimir Putinə Müdafiə Nazirliyinin təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib.
Başsağlığı mətnində deyilir: Rusiya Federasiyasının Prezidenti Zati-aliləri cənab Vladimir Putinə
Hörmətli Vladimir Vladimiroviç, “Tu-154” təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər məni sarsıtdı.
Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verirəm.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 25 dekabr 2016-cı il.