Artıq xəbər verdiyimiz kimi, dünən Bakıda – “Xəmsə” restoranında Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına dövlət Dəstəyi Fondunun Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətiləelan etdiyi fərdi jurnalist yazıları müsabiqəsinə yekun vurulub və qaiblərin mükafatlandırılması mərasimi keçirilib.
Böyük ziyafət qismində təşkil olunan mərasimdə Azərbaycan Prezidentinin köməkçisi, PA-nın ictimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənov. KİV DF-nin icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri Əflatun Amaşovla yanaşı, millət vəkilləri, aparıcı media qurumlarının rəhbərləri və s. Iştirak edib. Türkiyənin Anadolu Agentliyi sözügedən tədbirə böyük bir yazı həsr edib.
Göstərdiyi həssas mövqeyə görə Agentliyə təşəkkürümüzü bildiririk.