BMT-nin Fəaliyyət müddətini başa vurmaqda olan baş katibinin adı rüşvət qalmaqalı ilə gündəmə gəlib.
Baki-xeber.com-un “life.ru” saytına istinadən xəbərinə görə, Pan Gi Mun 2005 və 2007-ci illərdə ümumilikdə 200 min rüşvət almaqda suçlanır. Koreyanın “Sisa Journal” nəşri yazır ki, Pan Gi Mun həmin məbləği Vyetnamın xarici işlər nazirinin Koreyaya səfəri zamanı onun şərəfinə verilən ziyafətdə alıb. Belə ki, o, həmin dövrdə Koreyanın xarici ticarət naziri olub və sözwgedən görüşdə nüfuzlu biznesmen, “Taekwang” şirkətinin sahibi Пак Ен Ча da nümayəndə heyətinin tərkibində olub. Nəşrin yazdığına görə, biznesmen 200 min dollar rüşvəti Pan Gi Muna verməkdən ötrü ziyafətə 1 saat erkən gəlib. Nəşrdə o da bildirilir ki, biznesmenin katiinin qeyd dəftərində onun Pan Gi Munla 2 dəfə görüşdüyü və hər görüşdə də ayrı-ayrı məbləğlərin rüşvət qismində verildiyi yer alır. Həmin məbləğlər toplanarsa, BMT Baş katibinin aldığı məbləğ göstəriləndən xeyli çox ola bilər. Jurnalistlərin yazdığına görə, biznesmen 2007-ci ildə isə Nyu Yorkda artıq BMT-nin Baş katibi olan Pan Gi Muna 30 min dollar verib.
BMT Baş katibi isə barəsində deyilənlərlə razılaşmayıb və bunu postdan getdiyi dönəmdə provokasiya adlandırıb.