Rusiya Müdafiə Nazirliyinin Suriyaya uçan təyyarəsinin Soçidən qalxdıqdan dərhal sonra radarlardan itməsinin səbəbi bəlli olub.
Baki-xeber.com-un xəbərinə görə, təyyarə Qara dənizə düşüb. Hadisə nəticəsində təyyarənin göyərtəsində olan 92 nəfərin hamısının həlak olduğu güman edilir. Xəbərə görə, Suriyanın Hmeymim hərbi bazasına hərbçilər üçün Yeni il şənliyi keçirməyə gedən Alekdandrov adına mahnı və rəqs ansamblının 65 üzvü, 9 rusiyalı jurnalist və “Ədalətli yardım” fondunun icraçı direktoru, doktor Liza adı ilə tanınan Yelizaveta Qlinka da təyyarədə həlak olanlar arasındadır.
Hazırda təyyarənin düşdüyü ərazidə axtarış-xilasetmə işləri aparılır.
RF prezidenti Vladimir Putin dekabrın 26-da ölkədə matəm günü elan edib.
Rusiya Federasiyası Müdafiə Nazirliyinin Ту-154 təyyarəsi Krımdan havaya qalxdıqdan bir neçə dəqiqə radarlardan itib.
Baki-xeber.com bu barədə “Life.ru” saytına istinadən xəbər verir. Ekstremal xidmətlərdən agentliyə bildirildiyinə görə. təyyarədə 82 sərnişin və 10 heyət üzvü var.