Azərbaycan Baş Prokurorluğunun Mətbuat xidməti bundan sonra ayrıca struktur kimi fəaliyyət göstərəcək.
Bu barədə baki-xeber.com-a Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib. Belə ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikası Baş Prokurorluğunun strukturu”nda dəyişikliklər edilməsi haqqında sərəncam imzalayıb. Həmin sənədə əsasən Baş Prokurorluğun strukturunda Mətbuat xidməti və İnformasiya-kommunikasiya texnologiyaları idarəsi yaradılıb. Bildirilir ki, Mətbuat xidməti şöbə səlahiyyətli olacaq.
Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov həmin vəzifəyə 2008-ci ildə təyin edilib. Bundan əvvəl isə o, Baş Prokurorluğun Təşkilat-Analitik idarəsində prokuror vəzifəsində işləyib.