çərşənbə günü, 28 oktyabr 2026
     

Prezident İlham Əliyev 2017-ci ildə inşaat sektorunda çox böyük inkişafın anonsunu verdi

Image


2017-ci ildə inşaat sektorunda çox böyük bir inkişaf görəcəyik.

“Trend”in xəbərinə görə, bunu Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin birinci layihəsi olan Yasamal Yaşayış Kompleksində inşa ediləcək ilk doqquzmərtəbəli binanın və məktəb binasının təməlqoyma mərasimində çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, bu layihənin icra edilməsi nəticəsində inşaat sektoru da canlanacaq: “Bu il inşaat sektorunda tənəzzül yaşanır. Əgər biz ümumi daxili məhsulumuzun inkişafının və tənəzzülünün dinamikasına nəzər salsaq görərik ki, bu gün ümumi daxili məhsulu aşağı aparan amil inşaat sektorundakı tənəzzüldür. Bunun da iki səbəbi var. Dövlət investisiyaları azalıb, bu da təbiidir. Çünki bizim gəlirlərimiz azalmışdır və biz ilk növbədə, öz gəlirlərimizi sosial məsələlərin həllinə yönəltmişdik. Onu da qeyd etməliyəm ki, bu il, bir dənə də olsun, sosial proqram ixtisara düşmədi. Bu, birinci məsələdir. Digər səbəb isə əlbəttə ki, sahibkarlar da mənzil inşaatına az fikir verməyə başlamışlar. Ona görə Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti və icra ediləcək digər layihələr nəticəsində biz inşaat sektorunu canlandıracağıq”.

İlham Əliyev bildirib ki, bu, özlüyündə böyük bir hərəkətə, canlanmaya gətirib çıxaracaq, inşaat sektorunda minlərlə iş yeri yaradılacaq: “Eyni zamanda, inşaat materialları ilə məşğul olan, onları istehsal edən şirkətlər də öz fəaliyyətini bərpa edəcək, genişləndirəcəklər. Beləliklə, bu layihənin ölkə iqtisadiyyatına da çox müsbət təsiri olacaqdır. Nəzərə alsaq ki, son illərdə ölkəmizdə aparılan islahatlar və şaxələndirmə siyasəti nəticəsində biz demək olar ki, əsas tikinti materialları ilə özümüzü təmin edirik, bu layihələrin icrasında biz idxal komponentindən asılı olmayacağıq. Mənə verilən məlumata görə, bu binaların tikintisində istifadə ediləcək materialların 80-90 faizi Azərbaycan istehsalı olacaqdır və ilk növbədə, biz idxala tələbatımızı azaldacağıq. Digər tərəfdən yerli şirkətlər də inşaat materiallarını istehsal edərək öz maddi imkanlarını yaxşılaşdıracaqlar. Mən özəl sektora da müraciət edirəm. Biz 2017-ci ildə inşaat sektorunda çox böyük bir inkişaf görəcəyik. Bax, bu gün Azərbaycanda sosial binaların tikintisi, icra edilən digər layihələr çox böyük canlanmaya gətirib çıxaracaqdır.

Qeyd etdiyim kimi, bu layihə çərçivəsində 29 bina tikiləcək. Hazırda Bakı şəhərində köhnə, yararsız vəziyyətdə olan binaların yerində 60-dan çox yeni, hündürmərtəbəli yaşayış binasının tikintisi aparılır və yaxın zamanlarda aparılacaq. Bu da bu il müəyyən etdiyimiz siyasət nəticəsində mümkündür. Sahibkarlara şərait yaradılıb. Yerli icra orqanları bu məsələ ilə bağlı öz dəstəklərini göstərirlər. Artıq birinci belə layihə bu yaxınlarda Ramana qəsəbəsində icra edildi. Mən də o binanın açılışında iştirak etmişəm ki, bu prosesə öz dəstəyimi verim”.

Prezident deyib ki, hazırda Bakıda 60-dan çox hündürmərtəbəli binanın tikintisi ya başlayıb, ya da ki, indi son hazırlıq işləri aparılır: “Əvvəlki binalarda yaşayan insanlara kirayə pulu verilir. Onlar bir il, il yarım kirayədə qalırlar. Ondan sonra isə həmin o ərazidə tikiləcək binalarda onlara mənzillər verilir. Artıq Ramana qəsəbəsində sakinlər bunu görüblər. Onlara təmirli mənzillər verilir və eyni zamanda, o mənzillərin sahəsi onların əvvəlki mənzillərindən təqribən 30, 40, 50 faiz, bəzi hallarda iki dəfə böyükdür. Onlar o yararsız binalardan yeni binalara, yeni mənzillərə köçürlər. Eyni zamanda, onların yaşayış sahəsi də artır. Bax, bütün 60-dan çox layihənin prinsipi bundan ibarətdir ki, orada əvvəllər yaşayan vətəndaşlar da görəcəklər ki, bunun nə qədər böyük faydası var. Yerli icra orqanları və sahibkarlar burada birgə fəaliyyət göstərməlidirlər. Bakıda köhnəlmiş, yararsız və qəzalı vəziyyətdə binaların sayı əfsuslar olsun ki, kifayət qədərdir. Vaxtilə bəzi binalar qanunsuz yollarla tikilib. Heç sənədi də yoxdur o binaların. Ancaq indi insanlar orada yaşayırlar. Həmin insanların yaşayış şəraiti nə onları, nə də dövləti qane edə bilməz.

 

Ona görə gələn il Bakıda bu istiqamət üzrə ən azı 60 bina inşa ediləcək. Əgər biz “Ağ Şəhər” layihəsini, - orada da yaşayış binalarının tikintisi sürətlə gedir, - “MİDA” layihəsini əlavə etsək, görərik ki, gələn il Bakı şəhərində ən azı 100-dən çox yaşayış binasının tikintisi nəzərdə tutulur. Bu da minlərlə, on minlərlə iş yerinin yaradılması, inşaat sektorunun canlanması və Bakımızın daha da gözəlləşməsi deməkdir. Çünki indi Bakıya gələn hər bir xarici qonaq, - əgər o qərəzsizdirsə, - qeyd edir ki, Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Mən istəyirəm ki, Bakının bütün rayonları ən yüksək zövqə layiq olsun, təkcə şəhərin mərkəzi yox. Bunun üçün bu layihələrin icrası xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, bu Yasamal Yaşayış Kompleksinin yaradılması nəticəsində, bax, bu ərazidə müasir infrastruktur yaradılır – qaz, işıq, su xətləri, kommunikasiyalar, yollar, yaşıllıq zonaları, idman meydançaları. Yəni, bu, şəhər infrastrukturuna da böyük dəstəkdir. Görün, bu bir layihənin və bir təşəbbüsün nəticəsində biz özümüz üçün nə qədər böyük, yeni imkanlar aşkar edirik. Yəni, bu layihənin multiplikativ effekti çox böyük olacaq”.

Dövlət başçısı daha sonra bildirib: “Bir daha sözümün əvvəlinə qayıtmaq istəyirəm ki, bu layihəni başlayarkən biz, ilk növbədə, vətəndaşlar haqqında düşünürdük. İstəyirdik ki, bu gün mənzil ala bilməyən ailə mənzil ala bilsin. Bu hərəkat, bu təşəbbüs kütləvi xarakter almalıdır. İndi Bakı şəhərində ikinci layihənin icrası üçün hazırlıq işləri gedir. İkinci layihə bundan da böyük olacaq. Əgər burada tikinti meydançası 11 hektardırsa, ikinci layihədə 20 hektar olacaq. İkinci layihə Hövsan qəsəbəsində icra ediləcək. Orada da onlarla yeni yaşayış binasının tikintisi nəzərdə tutulur.

Biz bunu bu gün dövlət xətti ilə icra edirik və burada tikiləcək binaların maliyyə resursları da dövlət büdcəsində nəzərdə tutulur. Ancaq mən bu gün sahibkarlara da müraciət edirəm. Onlar da bu təşəbbüsə qoşulsunlar və bu proses kütləvi xarakter alsın. Onsuz da dövlət öz üzərinə düşən vəzifəni icra edəcək. Həm Bakı şəhərində, həm digər böyük şəhərlərimizdə və gələcəkdə hər bir yerdə sosial binaların tikintisi aparılmalıdır və aparılacaq. Ancaq bu prosesə daha da geniş xarakter vermək üçün özəl sektor da buna qoşulmalıdır. Özəl sektorun inkişafı üçün biz bütün lazımi tədbirləri görürük, güzəştli şərtlərlə kreditlər verilir. Mən mütəmadi qaydada sahibkarlarla görüşürəm. Bugünkü təşəbbüs, bax, bugünkü təməlqoyma mərasimi sahibkarlara da bir siqnaldır ki, onlar həm özləri, həm də dövlət üçün daha da böyük işlər görə bilsinlər. Qeyd etdiyim kimi, biz bu layihənin həyata keçirilməsi nəticəsində bir neçə mühüm vəzifəni icra edəcəyik”.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu – 64 ölü, çox sayda yaralı var...

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab - KTMT-yə qayıtmayacağıq...

28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər - FOTO

28.10.2026 / 18:35
“Dialoq Forumu sülh və mədəniyyətin təşviqində mühüm hadisədir” - Əhliman Əmiraslanov

28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi

28.10.2026 / 18:10
Azərbaycan Məkkə Konvensiyasını imzaladı

28.10.2026 / 17:55
Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək

28.10.2026 / 17:46
Qarabağın azad edilməsindən sonra Avropa Parlamenti Azərbaycana qarşı 18 qətnamə qəbul edib

28.10.2026 / 17:15
Gözəllik müsabiqəsi qalibinin Trampa qarşı şok ifadələri seçkiqabağı bomba kimi partladı...

28.10.2026 / 17:10
İran + Məkkə Paktı ölkələri İsraili 4 ölkədən çıxmağa çağırdılar - İsrail onları sayacaq?..

28.10.2026 / 16:50
Vətəndaşa cavab verməyən məmurlar 650 manatadək cərimələnəcək

28.10.2026 / 16:33
“Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” haqqında Əsasnamə təsdiqləndi

28.10.2026 / 16:15
Ətin qiymətinə görə Ermənistandan da geridəyik - hesabatı kim yayıb?

28.10.2026 / 15:30
Rusiya BMT-nin Ukrayna məsələsinə qarışmasını rədd etdi...

28.10.2026 / 15:14
Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı...

28.10.2026 / 14:59
Aleşki şəhərindən başladılan atəşkəs bütün Ukraynaya yayıla bilərmi?..

28.10.2026 / 14:43
İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi

28.10.2026 / 14:10
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqlədi...

28.10.2026 / 13:58
"Borcun olması avtomobillərin satışına qadağa qoyulması demək deyil" – Məhkəmə bankın iddiasını rədd etdi...

28.10.2026 / 13:46
“Sapı özümüzdən olan” qüvvələrin təxribatlarına ayıq-sayıqıq" - Allahşükür Paşazadə

28.10.2026 / 13:44
"Xaos, korrupsiya, qəddarlıq, səriştəsizlik" - Obama Trampın 2 ilini yıxıb-sürüdü...

28.10.2026 / 13:30
Media və Yayım Şurasında Somalinin informasiya, mədəniyyət və turizm naziri ilə görüş keçirildi - FOTO

28.10.2026 / 13:21
Tramp Rubionu paraşütlə Kubaya atmağı təklif etdi – “problemi iki dəqiqəyə həll edər"...

28.10.2026 / 13:08
Belqradda İsrail səfirliyinə bıçaqla hücum edən naməlum şəxs öldürüldü...

28.10.2026 / 12:54
Tramp İranla münaqişənin o istədiyi vaxt bitəcəyini deyir...

28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ

28.10.2026 / 12:40
Bakıda dizellə işləyən avtobuslar istismardan çıxarılır - tarix AÇIQLANDI

28.10.2026 / 12:23
Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 20 dəfə üstələdi...

28.10.2026 / 12:10
Azərbaycanın dövlət borcu açıqlandı

28.10.2026 / 11:48
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

28.10.2026 / 11:35
Sükan arxasında telefonla danışan sürücülərin nəzərinə - 50 manat cərimə gəlir...

28.10.2026 / 11:20
Azərbaycan Məkkə Konvensiyasına qoşulur...

28.10.2026 / 11:12
"Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir" - Prezident

28.10.2026 / 11:10
Bordyuja Ermənistanın KTMT-dən qovulmasını təklif etdi – “özləri çıxsalar yaxşı olar”...

28.10.2026 / 11:06
Prezident İlham Əliyev Petr Paveli təbrik edib

28.10.2026 / 10:47
Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"

28.10.2026 / 10:43
"Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir" - Prezident

28.10.2026 / 10:41
Prezident İlham Əliyev İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət etdi

28.10.2026 / 10:39
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI AÇIQLANDI...

28.10.2026 / 10:28
İsraildə seçki düyünü – heç kim təkbaşına hökumət qurmaq üçün lazım olan səsi toplaya bilmədi...

28.10.2026 / 10:11
Azərbaycan nefti ucuzlaşdı - 122 dollar...

28.10.2026 / 09:56
ABŞ “Patriot”larını Yaxın Şərqə yığır…

28.10.2026 / 09:30
Tramp tezliklə Putin və Zelenski ilə görüşəcəyini açıqladı.

28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu - aktivləri donduruldu

28.10.2026 / 08:21
İsraildə parlament seçkilərində pat vəziyyəti yaranıb - exit-pollar nəticə açıqlaya bilmir

28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” - 85 nəfər saxlandı

27.10.2026 / 22:37
Qazaxıstan rusiyalı avtomobil alıcılarına sanksiya tətbiq etdi – ruslara maşın satışından imtina edilir...

27.10.2026 / 22:15
Konqres Rusiyadan dizel yanacağı alan Amerika şirkətlərini həbslə hədələdi...

27.10.2026 / 21:51
Paşinyan “dövlətyönümlü yeni müxalifətin yaradılması” kursuna başlayır...

27.10.2026 / 21:33
Rusiya bir neçə ayda Ukraynada 240 kv.kilometr ərazi itirdi...

27.10.2026 / 21:16
Vuçiç getdi - Serbiyanın yeni dönəm Azərbaycan siyasəti suallar doğurmağa başladı...

27.10.2026 / 21:04
Ramiz Mehdiyevə hökm oxundu - 14 il iş, bütün əmlakı da müsadirə olundu...

27.10.2026 / 20:59
“Azərbaycan xalqından, 30 il yurdundan məhrum edilmiş insanlardan üzr istənilməlidir” - YENİ TƏLƏB...

27.10.2026 / 20:45
90 faizlik seçici dəstəyi Paşinyanı qorxutdu - mövcud müxalifəti məhv edib yenisini yaradacaq...

27.10.2026 / 20:31
AK Parti iqtidarı Kipr məsələsində güzəştə gedə bilərmi?..

27.10.2026 / 20:17
ABŞ və İsrail İrana qonşu ölkədən (?) hücum edəcəklər...

27.10.2026 / 20:04
Zəfərdən sonra Azərbaycanın qəsdinə qalxmış 3 ölkənin biri Əliyevin qəbuluna gəldi...

27.10.2026 / 19:45
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika qərarını sərt tənqid etdi - Makron rejimi qorxur...

27.10.2026 / 19:28
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub

27.10.2026 / 19:12
Avropadan Putinə bir ildən sonra ilk dəfə zəng gəldi – biz öz adımızdan danışırıq...

27.10.2026 / 18:56
Azərbaycan Rusiya ilə təbii qaz alışı sazişi imzalayacaq...

27.10.2026 / 18:43
Serbiyada "ağıllı həkimlər" Vuçiçin 14 illik hakimiyyətini yıxdılar...

27.10.2026 / 18:29
İran indi də Özbəkistana ərazi iddiası edir, Səmərqəndə dil uzadır

27.10.2026 / 18:14
Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi

27.10.2026 / 18:02
Azərbaycana mal əti idxalı kəskin artdı - yerli istehsal "ölür", bazar bahalaşır...

27.10.2026 / 17:52
Əli Əsədov İƏT-in baş katibi ilə Azərbaycanın təşkilata sədrliyini müzakirə edib - FOTO

27.10.2026 / 17:44
Milli Azərbaycan ideyası beynəlxalq forumda yenidən gündəmə gətirildi...

27.10.2026 / 17:35
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam ilə görüşüb - FOTO

27.10.2026 / 17:27
Azərbaycanda yeni Komissiya yaradılır

27.10.2026 / 17:20
Azad edilmiş ərazilərdə ən böyük memorial kompleks Ağdamda yaradılacaq...

27.10.2026 / 17:06
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTO

27.10.2026 / 16:49
İvanişvili Gürcüstanda bütün antirus partiyaları qadağan edir...

27.10.2026 / 16:45
Tramp İrana qarşı yeni əməliyyatlar qərarını heç cür verə bilmir...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ