Almaniya kansleri Angela Merkel Berlinin hökumət kvartalında Hit Ullrich supermarketində bayram bazarlığı edərkən obyektivlərə tuş gəlib.
Baki-xeber.com “Life.ru” saytına istinadən xəbər verir ki, xanım Merkeli bazarlıq etdiyi müddətdə 3 cangüdən müşayiət edib.
Yerli “Bild” qəzeti isə yazır ki, bazarlıq məhsulları arasında Yeni il süfrəsi üçün ənənəvi şərab, hind toyuğu və karp balığının olmaması bir sıra sualların açıq qalmasına səbəb olub. Belə ki, Berlində bu günlərdə yaşanan terror olayının ardından Merkelin bayramı evində keçirəcəyi düşünülsə də, 100 avroluq bazarlıq məhsullarının arasında sözügedən təamların olmaması kanslerin, hər il olduğu kimi, bu ili də əri Yoaxim Zauerlə İsveçrənin Enqadin dağ-turizm kurortunda qarşılayacağı rəyini yaradıb.