Moskvada sovet lideri İosif Stalinin nəvəsi Yevgeni Cuqaşvili 80 yaşında vəfat edib.
Baki-xeber.com-un RİA”Novosti”yə istinadən xəbərinə görə, təcili yatdım xidmətindən ölüm faktını təsdiqləsələr də, təfərrüatlarını açıqlamayıblar. “Life” nəşri isə xəbər verir ki, Cuqaşvilinin vəziyyəti evinin yaxınlığında – küçədə pisləşib. Lakin yoldan keçənlərin dərhal təcili yardım çağırmasına baxmayaraq, həkimlərin gəlişinə kimi o keçinib.
Qeyd edək ki, 1936-cı il doğumlu Yevgeni Cuqaşvili İosif Stalinin böyük oğlu, tarix və hərb elmləri namizədi Yakov Cuqaşvilinin oğludur.