ABŞ dövlət katibi Con Kerri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefon danışığında Rusiya səfiri Andrey Karlovun qətl işinin araşdırılmasında yardımını təklif edib.
Baki-xeber.com-un xəbərinə görə, iki ölkə rəsmisi arasında telefon danışığının mövzusu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Con Kirbi məlumat verib. Onun sözlərinə görə, Kerri türkiyəli həmkarına səfir olayı ilə bağlı üzüldüyünü çatdırıb və bu cinayətin araşdırılmasında ABŞ-ın yardımını təklif edib.
Xatırladaq ki, dekabrın 19-da Rusiyanın Ankaradakı səfiri Andrey Karlov Müasir İncəsənət Mərkəzində “Rusiya Kalininqraddan Kamçatkayadək səyyahların gözü ilə” adlı fotosrginin açılışında vurulub, dərhal xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib.