Moskvanın ev sahibliyilə Rusiya XİN rəhbəri Sergey Lavrov, Türkiyə xarici siyasət idarəsinin rəhbəri Mövlud Çavuşoğlu və onların iranlı həmkarı arasında zirvə görüşü başlayıb.
Baki-xeber.com-un xəbərinə görə, Mövlud Çavuşoğlu Rusiya səfirinə edilən hücumu və ümumiyyətlə terror pisləyərək, Rusiya xalqı qədər Türkiyə xalqının da üzüntü içində olduğunu bildirib.
Türkiyə XİN başçısı deyib ki, Aleksandr Karlovun adı Səfirliyin yerləşdiyi küçəyə veriləcək . “Onun adını həm Ankarada, həm də qəlbimizdə yaşadacağıq”- o deyib.